Sahibkarlığa Kömək Milli Fondunun işində böyük qüsur - bəs kiçik və orta biznes?



Fikrət Yusifov: “Fond güzəştli kreditləri əsasən müəyyən dairələrə yaxın olan sahibkarlara, məmurlara bağlı olan holdinqlərə verir”




Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında sahibkarlara güzəştli kreditlərin verilməsini təmin edən Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir. Fondun əsas funksiyası sahibkarlıqla bağlı müxtəlif layihələrin perspektivini öyrənmək və müvəkkil banklar vasitəsilə iş adamlarına vəsait ayırmaqdır. Qurum əsasən kiçik və orta sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsini təmin etməlidir.

 

Ötən il Fondun əməliyyat gəlirləri 10,106 milyon manat (əvvəlki ilə nisbətən 15,6 % çox), xərcləri 5,012 milyon manat (24,4% çox), xüsusi ehtiyatlara ayırmaları 37,102 milyon manat (30,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 221 min manat (2,6 dəfə çox) təşkil edib. Ancaq müşahidələr göstərir ki, Fond kreditləri əsasən böyük holdinqlərə verir, nəinki kiçik və orta sahibkarlara. Baxmayaraq ki, əslində, Fondun əsas fəaliyyəti kiçik və orta sahibkarlara dəstək olmaqdır. Məhz kiçik və orta sahibkarlar güzəştli kreditlərdən daha çox faydalanmalıdırlar ki, iqtisadiyyatın inkişafına töhfə verə bilsinlər. Ancaq məlum olur ki, bu belə deyil.

Maraqlıdır, niyə sözügedən Fond kiçik və orta sahibkarlara daha çox kredit vermək əvəzinə, iri holdinqlərə üstünlük verir?

  • “Təəssüflər olsun ki, Azərbaycanda bu işlər məhz “özünəməxsus” qaydada həll olunur”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun fikrincə, Fondun bu cür “meyarlarla” işləməsi anlaşılan deyil: “Bu onu göstərir ki, Fond üçün kiçik və orta sahibkarlığın inkişafı önəmli deyil. Ona görə də real sahibkarlıq subyektləri bu imkanlardan yararlana bilmirlər. Çoxsaylı sahibkarlıq subyekti var ki, həmin güzəştli kreditlərdən istifadə edə bilmir. Ona görə ki, müraciət edir, amma krediti ala bilmir. Şəxsən apardığım müşahidələr zamanı görmədim ki, bir iş adamı oradan kredit alsın. Fond güzəştli kreditləri əsasən müəyyən dairələrə yaxın olan sahibkarlara verir. Onlar da məmurlara bağlı olan holdinqlərdir. Təəssüflər olsun ki, Azərbaycanda bu işlər məhz “özünəməxsus” qaydada həll olunur. Başqa bir tərəfdən, sahibkarlar üçün nəzərdə tutulan güzəştli kreditlərin məbləği və vaxtı elə də böyük deyil. Əslində, bu cür kreditlər 7 il müddətinə sahibkarlara verilməlidir. Ancaq bunun müddəti maksimum 3 ildir. Azərbaycanda qeyri-neft sektoru ümumi iqtisadiyyatın üçdə ikisini təşkil edir. Bu hardasa 64-65 milyard manat ümumdaxili məhsul deməkdir. Ancaq sahibkarlar üçün ildə 180 milyon manat güzəştli kredit nəzərdə tutulur. Ümumilikdə, bu, çox kiçik rəqəmdir. Ancaq ondan da sahibkarlar faydalana bilmirlər. Ona görə də bu kimi problemlərə son qoyulmalıdır”.

Professor hesab edir ki, bütün bu problemlər öz həllini tapmalıdır.

Vidadi ORDAHALLI

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti