65 yaşlı direktor rektor Ədalət Muradovdan niyə incik düşüb?






 

Son illər dövlət büdcəsindən maliyyəşən təşkilatlarda 65 yaşı catmış şəxslərin bəh bəhlə təqaüdə göndərilməsi yerlərdə alqışla qarşılanır.Bu tendensiyanın uğurla davam etməsi,gənc nəslin vəzifə pilləsində irəliləməsi ücün imkanların yaradılması dövlətin maraq dairəsindədir.

 

“Dövlət Qulluğu haqqında” Qanuna edilən dəyişiklikdən sonra bir sıra sahələrdə olduğu kimi təhsil sahəsində çalışanlar üçün də müəyyən yaş məhdudiyyəti qoyulub.

Lakin dövlət büdcəsindən maliyyələşən müəssisələrində 65 yaşı tamam olan işçilərin sayı kollektivin ümumi sayının 2 faizini kecməməlidir. Redaksiyamıza daxil olan məlumata görə,

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi 

Kollecinin direktoru Vilayət İsmayılovun 65 yaşı tamam olub. Hələ də iş başında olan direktorun işlədiyi 5 il ərzində kollecdə sağlam mühitin formalaşdırmasında cətinlik cəkməsi,təhsil keyfiyyətinin artırılması istiqamətində yerində sayması artıq Təhsil Nazirliyinə və İqtisad Universtetinə məlumdur. Amma bütün bunlara baxmayaraq kecmişi qaranlıq işlərdə,xüsusəndə saxta diplom qalmaqalında hallanan Vilayət İsmayılov kreslosundan ayrılmaq fikrində görünmür.

Bu günə kimi yaşı 65 haqlamış işcilərin hamısını təqaüdə göndərən direktor bununla da 2 faizlik baryeri saxlamaqla özünə gün ağlamış kimi görünür. Hətta buna görə İqtisad Universtetinin rektoru Ədalət Muradova müxtəlif təzyiqlər göstərmə başlayıb.Kollec dəhlizlərində gəzən söz-söhbətlərə görə, 65 yaşlı direktor bu işə onu vəzifəyə gətirən görünməz qüvvələri də cəlb edib.Bütün rıcaqları işə salan Vilayət İsmayılov nəyin bahasına olursa olsun alimliyini əsas tutaraq təqaüdə getməməkdə israrlıdır.

Aldığımız məlumata görə, İsmayılov haqqında gəzən söz söhbətlər artıq rektoru narahat etməyə başlayıb. Kecmiş əməllərinin araşdırılması ücün göstəriş verən rektor özünü gah Abel Məhərrəmovun, gah da Əhməd Vəliyevin kadrı kimi təqdim edən Vilayət İsmayılovun xahişlərindən bezib. Hətta təhsil naziri Emin Əmrullayev də 65 yaşı tamam olan Vilayət İsmayılovun əməllərindən xəbərdardır. Yəqin cənab nazir bir vaxtlar zirzəmilərdə diplomlu kadr hazırlayan universtetlər acmaqla milləti zəlil günə qoyan İsmayılovun sərgüzəştlərini eşidib.

Sonda qeyd edək ki, İsmayılovun ailə biznesinə cevirdiyi kollecdə bütün qohum əqrabasına hər cür şərait yarada bilib.Deyilənə görə o məhşur zirzəmi universtetlərinin diplom alanlarından da burada işlə təmin olunanlar var.

"Elm Elitası” fəxri medalı daşıyan direktorla bağlı ətraflı gələn sayımızda.

 

Araşdırmamız davam edir.

 

Dəfələrlə Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılovla əlaqə saxlamaq istəsəkdə 012 323 7524 nömrəli telfona cavab verən olmadı.

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

"Yeni Kirpi"

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti