İki "alim"in tərəfkirsayağı qeybəti...




Hadisələr vaqe olur 21-ci əsrin 21-ci ilində Bakı şəhərində.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun iki əməkdaşı görüşür.
Yekəqarın müəllim: Salam, professor, necəsən?
Professor: Salam, necə olaram? Xəbərin yoxdur? Dilçilər yenə dinc oturmur.
Yekəqarın müəllim: Yenə yazırlar? Nə istəyirlər bizdəne? İsa müəllimi də qoşublar oyuna.
Professor: Hə heç demə. O boyda akademikin adını hallandırır. Onun kimi yaxşı adam var? Elə sən özün iki ilə doktor, sonra da professor oldun. Teymur muəllim 5-6 ilə fəlsəfə doktorundan akademikə qədər qalxdı. Öz aramızdı asan məsələdir? Direktor, akademik katib hamısı İsa müəllimin sayəsində. Hələ Muxtarı demirəm yazıq uşaq hazırlayırdı o boyda kişi, indi akademik, İnstitut direktoru, Kamal müəllim də sağ olsun öz yanında da bir iki vəzifə verib. Belə olur da.
Yekəqarın müəllim: O yazanlara da heç olmasa vəzifə filan versinlər, məsələ bitsin də.
Professor: Verirlər də, istəmir.
Yekəqarın müəllim: Yəqin böyük vəzifə istəyir, ə nə olub de, yavaş-yavaş olar da. Möhsün də belə idi, düşmüşdü Elçibəyin quyruğuna, axıra qədər heç nə ala bilmədi. Gördün sağ olsun İsa müəllim gətirdi YAP-çı elədi, sonra da akademik, İnstitut direktoru. Yatsaydı yuxuda görməzdi, bir gün xoşbəxtlik quşu qonar başına yağ-bal içində yaşayar. Yoxsa nə vermişdi AXCP ona?
Professor: Belə olmaq lazımdır da, yoxsa bunlarda da tutub iki milyon belə gəldi, elə getdi? İki milyon nədir o boyda kişi üçün. Belə baxanda iki milyon məsələsində əsas Şeyx Kamal idi.
Yekəqarın müəllim: O kişinin adını başqa yerdə çəkmə, deyirlər onun adını çəkəndə çox möhkəm əsəbləşir. Başqa yerdə də deyərsən gedib qulağına zadına çatar, sonra gəl şeyxin qəzəbindən indi gəl qurtar da.
Professor: Yox ay elli. Öz aramızda dedim. Kişinin hörməti var, Ramiz Ənvəroviçin ən yaxın silahdaşıdır. Hamıya dayağı dəyir, bax elə dilçilik indi də onun əlindədir. Bir cavan oğlana tapşırıb hər şeyi 4-5 otaq lüks həyat, Universitetdə də bir-iki ştat sağ olsun, yaxşı da oğlandır.
Yekəqarın müəllim: Hə bizim uşaqdır. Onu da hallandırırlar, heç utanmırlare deyirəm. Ə bə nə etsin? O boyda Nazirliyi atıb gəlib sənin kimi 400 manata işləsin? Ağsaqqal özü tapşırıb ki, heç olmasa ayda 3-4 min qazansın ki, ailəsi, uşağı var. Özünə də tapşırıb ki, tezbazar bir şey hazırlasın, doxtur olsun. Möhsün yaşlı adamdır. Direktorluq onluq deyil. Cavan adamdır olar direktor, sonra akademik filan asan məsələdir. Öz əlimizdə döyül?
Professor: Düz deyirsəne, qardaş. İndi sən yeyə bilmirsən biz neynəyək? Ye də qardaş, o qədər daxili layihə var, elm fondu var və s. Hamısı özümüzük də.
Yekəqarın müəllim: Hə bu dilçilər belədir də, yoxsa plagiat belə gəldi, layihə elə getdi. Kimdir ona baxan. Yaxşı ki, AAK-da icazə verdi müdafiələr başladı. Yoxsa aclıqdır neçə vaxtdır. Bax heç fizika, riyaziyyatdan müdafiə edən yoxdur, adam tapmırlar. Amma bizdə çorəkdir də, köçür ordan-burdan gündə birini yola sal getsin. Odure növbədə nə qədər adam var.
Ardı var...

Eyvaz Kürsəngi

Bölmənin digər xəbərləri

29 Mart 2023 Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış - FOTO
27 Mart 2023 Bakıda kilosu 195 manata alça satılır - FOTO
07 Mart 2023 ŞOK: Uşaq bağçası adı altında yaşayış binası tikilir - Burası AZƏRBAYCANDIR!
22 Fevral 2023 Azərbaycanda görünməmiş oğurluq - Kəndin körpüsünü söküb apardılar
14 Fevral 2023 Azərbaycanda eşşək piyada keçidindən keçdi - VİDEO
31 Yanvar 2023 Mağazadan çörək aldı, içindən görün nə çıxdı - VİDEO
12 Yanvar 2023 Sürücüdən ağlasığmaz addım: Sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
09 Yanvar 2023 Taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
27 Dekabr 2022 Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
08 Sentyabr 2022 Məktəb, yoxsa qadağan olunan zona? - VİDEO
29 Avqust 2022 “JEK”lər də xidmət haqlarını artırdı: Əvvəlki illərin artımı da tələb edilir
10 Avqust 2022 Masazırda zibil problemini qoyunların köməyilə “həll edirlər” - VİDEO
19 İyul 2022 Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB + FOTO
03 İyun 2022 İçki qabında xəstəyə sistem köçürülür? - Foto
04 May 2022 Bakıda Nəbatat Bağında ağaclar kəsilir? - VİDEO
26 Aprel 2022 Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU
05 Aprel 2022 Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
26 Yanvar 2022 DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
28 Dekabr 2021 Xətai rayonunda “gecəqondu” obyektlərə yer ayırmaq üçün yaşıllıqlar məhv edilir
02 Dekabr 2021 Elmar Məmmədyarov üzə çıxdı - FOTO

Xəbər lenti