ADAU-da “ölü canlar” necə dərs deyir..?



 

        Bu gün Azərbaycanda təhsil sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi, dövlətimizin və ölkə rəhbərliyinin ciddi və daimi diqqət mərkəzində saxlanılır. Sözsüz ki, kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işində müstəsna rolu nəzərə alınmaqla Azərbaycan Dövlət Aqrar Universitetinin son bir neçə ildə maddi-texniki bazasının yenilənməsi və möhkəmləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması məqsədilə təmir-tikinti işlərinin aparılması və bu kimi bir çox digər işlərin görülməsinə dövlətimiz tərəfindən milyon manatlarla vəsait ayrılıb. Lakin bu universitetin bu gün elmi-pedaqoji fəaliyyətindən daha çox sosial şəbəkələrdə fəallığı ilə seçilən rektoru İbrahim Cəfərov şəxsən mənə məlum olmayan səbəblərdən və düşünürəm ki, tamamilə əsassız olaraq bütün bu görülən işləri böyük həvəslə öz adına çıxarır. Məsələn, hər hansı bir mətbu orqanı ADAU yaşanan bu və ya digər problemlə bağlı bir araşdırma apararsa və yaxud gördüyü nöqsanlar barədə rektora müəyyən suallar ünvanlayarsa, bu zaman İbrahim Cəfərov son beş ildə universitetdə gördüyü işlərdən ağız dolusu danışmağa başlayar. Dinləyən insanda da belə bir təəssürat yaranır ki, ya bu işlərin hamısını rektor özü (həm də öz şəxsi vəsaitləri hesabına) görüb, ya da dövlət bunları universitet üçün deyil, məhz İbrahim Cəfərova görə edib. Başqa sözlə, əgər ADAU-nun rektoru İ.Cəfərov deyil, başqa bir şəxs, deyək ki, C. İbrahimov (şərti addır) olsaydı dövlət də bu ali təhsil müəssisəsinə qayğı göstərməyəcəkdi, hələ bəlkə də universitet ümumiyyətlə ləğv olunacaqdı... Yəni rektorun sözlərindən bu qənaətə gəlmək olur. Görəsən bu kimi iddialara əsas verən İbrahim müəllim dediklərinin məntiqdən nə qədər uzaq olduğunun fərqindədirmi?

 

        Bu arada isə Azərbaycan Dövlət Aqrar Universiteti artıq bir neçə müddətdir ki, həqiqətən kifayət qədər ciddi problemlərlə üz-üzədir. İlk növbədə bu problemlər hazırda universitetdə tətbiq olunan tədris üsullarının müasir tədris metodikalarına qətiyyən uyğun olmaması ilə bağlıdır. Bizə daxil olan məlumatlara görə, özünün sosial şəbəkələrdə tərif və təbliğinə həddən artıq resurslar cəlb edən rektor İbrahim Cəfərovun tədris prosesi ilə maraqlanmağa, günün tələbinə çoxdan çevrilmiş islahatlar aparmağa qətiyyən nə vaxtı, nə də marağı yoxdur. Universitetdə isə, tələbələrə tədris olunan fənnlərin hansı ardıcıllıqla, yəni konkret hansı “dərs cədvəli”nə uyğun keçirilməsi də bəzən müəllimlərin şəxsi təşəbbüs və istəkləri ilə nizamlanır. Məsələ bundadır ki, bu gün ADAU-nun kadrlar şöbəsində müəllim kimi işə adı yazılmış insanlardan bir çoxu əslində bu ali təhsil müəssisəsində sadəcə “ölü canlar” qismində qeydiyyatdadırlar. Onları real dərslərdə əvəzləyən müəllimlər isə, artıq ara-sıra yaranan qarışıqlıq və anlaşılmazlıqları bacardıqları kimi yoluna qoymaq məcburiyyətində qalırlar.

         Yeri gəlmişkən, redaksiyamıza verilən məlumatlarda diqqət çəkən məqamlardan biri də ADAU-nun təcrübə stansiyalarının fəaliyyətilə bağlıdır. Mənbələr bildirir ki, elmi-tədqiqat məqsədi ilə yaradılmış bu stansiyalarda elmi tədqiqat işlərindən başqa hər iş görülür. Həmçinin ADAU-nun Tədris -təcrübə təsərrüfatlarında da söylənilənlərlə reallıqlar arasında fərqli mənzərələr var. Məsələn deyilənə görə, universitetin istixana komplekslərində tədris və elmi-tədqiqat məqsədilə ilin bütün dövrlərində müasir texnologiyalar əsasında becərilən müxtəlif kənd təsərrüfatı məhsulları güzəştli qiymətlərlə tələbə yataqxanasının kafesinə deyil, bazarlara çıxarılır. Digər bir məlumatda isə bildirilir ki, mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyinin bu və ya digər layihəsinin həyata keçirilməsi rektora külli-miqdarda gəlir gətirir. Bu gəlirlər isə adətən dövlət vəsaitlərinin mənimsənilməsində təzahür edir.

        Sonda bir məqama da toxunaq.  Danışığında və sosial şəbəkələrdə yerləşdirdiyi statuslarında anti-korrupsioner və dövlətçi imicini daim diqqət mərkəzinə çəkməyə çalışan İbrahim Cəfərovun bu səyləri əslində sürdüyü yaşam tərzilə, sahib olduğu var-dövlətilə qətiyyən uzlaşmır. Ən azından Cəfərovlara məxsus olan son model "BMW", "Hyunday Elantra" və "GL-Mersedes" markalı avtomobillər rektorun səmimiliyini şübhə altına alır.

        Hər halda ümid edirik ki, səlahiyyətli orqanlar ən azından ADAU-da yer almış nöqsan və ciddi qanun pozuntularına dair müvafiq araşdırmalar aparacaqlar.

Çünki dahilərin dediyi kimi  "Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır".
 

Bölmənin digər xəbərləri

29 Mart 2023 Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış - FOTO
27 Mart 2023 Bakıda kilosu 195 manata alça satılır - FOTO
07 Mart 2023 ŞOK: Uşaq bağçası adı altında yaşayış binası tikilir - Burası AZƏRBAYCANDIR!
22 Fevral 2023 Azərbaycanda görünməmiş oğurluq - Kəndin körpüsünü söküb apardılar
14 Fevral 2023 Azərbaycanda eşşək piyada keçidindən keçdi - VİDEO
31 Yanvar 2023 Mağazadan çörək aldı, içindən görün nə çıxdı - VİDEO
12 Yanvar 2023 Sürücüdən ağlasığmaz addım: Sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
09 Yanvar 2023 Taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
27 Dekabr 2022 Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
08 Sentyabr 2022 Məktəb, yoxsa qadağan olunan zona? - VİDEO
29 Avqust 2022 “JEK”lər də xidmət haqlarını artırdı: Əvvəlki illərin artımı da tələb edilir
10 Avqust 2022 Masazırda zibil problemini qoyunların köməyilə “həll edirlər” - VİDEO
19 İyul 2022 Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB + FOTO
03 İyun 2022 İçki qabında xəstəyə sistem köçürülür? - Foto
04 May 2022 Bakıda Nəbatat Bağında ağaclar kəsilir? - VİDEO
26 Aprel 2022 Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU
05 Aprel 2022 Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
26 Yanvar 2022 DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
28 Dekabr 2021 Xətai rayonunda “gecəqondu” obyektlərə yer ayırmaq üçün yaşıllıqlar məhv edilir
02 Dekabr 2021 Elmar Məmmədyarov üzə çıxdı - FOTO

Xəbər lenti