Yeni Klinikanın işçiləri əlavə ödənişləri niyə ala bilmir? - Açıqlama




Yeni Klinikada çalışan 50-yə yaxın kiçik tibb işçisi 3 aya yaxındır ki, maaşlarını ala bilmədiyini deyir. 

 

Yenikirpi.az bildirir ki,  bu barədə “Qafqazinfo”ya kiçik tibb işçisi Asim Rüstəmov müraciət edib. O bildirib ki, bu barədə mühasibatlığa dəfələrlə müraciət etsələr də, onlara konkret cavab verən olmayıb: “Deyirlər ki, tabelləri İcbari Sığorta üzrə Dövlət Agentliyinə göndəriblər. Agentlik də dəqiq cavab vermir. Halbuki maraqlanmışıq ki, modul tipli xəstəxanalarda tibb işçilərinin maaşı ödənilib. İşə bir neçə dəqiqə gecikəndə, yaxud işdən 5 dəqiqə tez çıxanda çağırıb izahat ala bilirlər. Amma məsələ maaşa qalanda problem həll edilmir. Biz ailələrimizi bu maaşla dolandırırıq. 

Dövlət tərəfindən verilən 270 manat rəsmi maaşımızı alsaq da, koronavirusa görə ayrılmış 1200 manat maaşımızı vermirlər. Bizimlə eyni vəziyyətdə olub maaş almayan həkimlər də var”.

“Qafqazinfo” məsələylə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu göndərib. Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir:

“Nəzərinizə çatdırırıq ki, Yeni Klinika üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 374 nəfərə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 679 min 863 manat 36 qəpik (vergi tutulmaları daxil olmaqla), aprel ayı üzrə 403 nəfərə 765 min 711 manat 62 qəpik (vergi tutulmaları daxil olmaqla) müddətli əlavə ödənilib. 

Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur. 

Məlumat üçün bildirək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır. Müddətli əlavələr tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) göndərilən iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən 3 iş günü ərzində ödənilir. 

Qeyd edək ki, Yeni Klinika tərəfindən may ayı üzrə siyahı Agentliyə göndərildikdən sonra sözügedən ay üzrə də ödənişlər həyata keçiriləcək”.   

Bölmənin digər xəbərləri

29 Mart 2023 Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış - FOTO
27 Mart 2023 Bakıda kilosu 195 manata alça satılır - FOTO
07 Mart 2023 ŞOK: Uşaq bağçası adı altında yaşayış binası tikilir - Burası AZƏRBAYCANDIR!
22 Fevral 2023 Azərbaycanda görünməmiş oğurluq - Kəndin körpüsünü söküb apardılar
14 Fevral 2023 Azərbaycanda eşşək piyada keçidindən keçdi - VİDEO
31 Yanvar 2023 Mağazadan çörək aldı, içindən görün nə çıxdı - VİDEO
12 Yanvar 2023 Sürücüdən ağlasığmaz addım: Sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
09 Yanvar 2023 Taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
27 Dekabr 2022 Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
08 Sentyabr 2022 Məktəb, yoxsa qadağan olunan zona? - VİDEO
29 Avqust 2022 “JEK”lər də xidmət haqlarını artırdı: Əvvəlki illərin artımı da tələb edilir
10 Avqust 2022 Masazırda zibil problemini qoyunların köməyilə “həll edirlər” - VİDEO
19 İyul 2022 Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB + FOTO
03 İyun 2022 İçki qabında xəstəyə sistem köçürülür? - Foto
04 May 2022 Bakıda Nəbatat Bağında ağaclar kəsilir? - VİDEO
26 Aprel 2022 Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU
05 Aprel 2022 Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
26 Yanvar 2022 DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
28 Dekabr 2021 Xətai rayonunda “gecəqondu” obyektlərə yer ayırmaq üçün yaşıllıqlar məhv edilir
02 Dekabr 2021 Elmar Məmmədyarov üzə çıxdı - FOTO

Xəbər lenti