DEKAN REKTORA 270 MINI NECƏ “ATDI”-VIDEO

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva: İndi tələbələr  özlərinə daha çox güvənirlər (MÜSAHİBƏ) (FOTO)

Ləğv olunmuş keçmiş Azərbaycan Müəllimlər İnstitutunun adından verilmiş saxta diplomlar onları daşıyan şəxslərin başına indi də oyun gətirməkdədir. Oyun dedikdə, biz heç də təkcə aldadılmışların diplomdan gözlədikləri imtiyazdan məhrum olmalarını nəzərdə tutmuruq. Məsələ burasıdır ki, həmin şəxslər hal-hazırda da bəzi möhtəkirlər tərəfindən aldadılmaqda davam edirlər.



Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına Füzuli rayonundan olan məcburi köçkün Səttarov Sərdar Amil oğlu adlı vətəndaş müraciət edərək bildirmişdir ki, 2018-ci ildə nüfuzlu ali təhsil ocağında təkrar ali təhsil almaq niyyətilə Bakı Slavyan Universitetinə müraciət etmiş, sənədləri sırasında ləğv olunmuş AMİ-nin Qazax filialını 2012-ci ildə bitirdiyini və “tarix və coğrafiya müəllimi” ixtisasına yiyələndiyini təsdiqləyən diplomunu təqdim etmişdir. Universitetin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri dosent Dürdanə Əliyeva ona təklif etmişdir ki, sənədindəki çatışmazlığı pul verərək “kompensasiya” etməlidir. Sərdarın sözlərinə görə, Dürdanə müəllimə ilə anlaşdıqları kimi BSU-nun Psixologiya fakültəsinin tələbələri sırasına qəbul olunmaq üçün ikincinin tələbi ilə ona nağd formada 2000 AZN əlbəəl pul vermişdir. Daha sonra 02.10.2018-ci il tarixdə isə Universitetin hesablaşma hesabına 1000 AZN təhsil haqqını rəsmi qaydada ödəyərək 18960 nömrəli qəbz, rektorun imzası və möhürü ilə təsdiqlənmiş və ona 100 AZN-ə başa gələn BM-ƏT-35/19 nömrəli “tələbə bileti” də almışdır.

S.Səttarov deyir ki, ilk üç ay əyani şöbənin tələbələriylə birgə dərsə gəlib-gedəndən sonra Dürdanə onu çağırıb demişdir ki, diplomunun rekvizitləri saxtadır, amma bu işi yoluna qoymaq  olar, Psixologiya fakültəsini də Beynəlxalq münasibətlər fakültəsinə dəyişməyi təklif etmişdir. Bu “yola qoymaq” məsələsi Sərdara 500 AZN bir, 300 AZN də bir ödəməklə 800 AZN-ə başa gəlmişdir.

2019-cu ildə Sərdara Fizuli rayon icra hakimiyyətində işə düzəlməsi imkanı yaranır, D.Əliyeva Sərdara onun BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə II kursda oxuduğunu təsdiqləyən 09.12.2019-cu il tarixli 208 saylı arayış da verir ki, Füzuli rayon İcra Hakimiyyətinə təqdim etsin. Beləliklə, 2021-ci ilin əvvəlinə qədər Sərdar elə bilirmiş ki, BSU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir və qiyabi təhsil alır.

Lakin o, öz saydığını saymaqda, görək Dürdanə Əliyeva  nə sayırmış!: Sərdara xəbər verir ki, sənədlə bağlı yenə problem üzə çıxıb, “portala oturmur”. “Məşədi İbad oyunu”na düşən, amma yarı yoldan qayıtmaq istəməyən  Sərdar naəlac qalıb Dürdanənin “iş düzəltmək” xidmətindən yenə istifadə etmək qərarına gəlir və onun bu dəfə istədiyi daha böyük məbləğdə pulu – 4000 AZN-i tapıb verir. Di gəl, iki ay əvvəl xəbər tutur ki, o, BSU-nun tələbəsi deyilmiş (?!). Daha irəli getməyə yolu qalmayan Səttarov rektora da şikayətçi düşüb.

Məsələ ilə əlaqədar BSU-nun rektoru professor Nurlana Əliyeva ilə telefon əlaqəsi yaradıb suallarımızı verdik. Rektor bizi Universitetə dəvət edib kabinetində qəbul etdi. Bildirdi ki, Dürdanə Əliyevanın barəsində edilən şikayətlər əsasında Baş Prokurorıluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedir. Rektorun sözlərinə görə, Dürdanə Əiliyevanın işdəycələri ucbatından  universitetin kassasından 150.000 AZN pul əskik gəlib və onun ayrı-ayrı vətəndaşlardan üst-üstə 100.000 AZN rüşvət alaraq mənimsədiyi üzə çıxıb. Jurnalist araşdırmaları məticəsində məlum oldu ki, dekan ümumilikdə rektora 270.000 manat «atıb». “Tələbə biletin”nə gəlincə, rektor biletin üstündəki imzanın və möhürün saxta olduğunu bildirdi. Nurlana Əliyevanın söhbətdə iştiraka dəvət etdiyi tərbiyə işləri üzrə prorektor Xanım Sultanova da gözlədiyimiz kimi onun sözlərini təsdiqlədi və əlavə etdi ki, Dürdanə Əliyevanın korruptiv əmməllərindən çoxdan xəbərləri varmış və o, qanunazidd üsullarla əldə etdiyi külli miqdarda haram kapital hesabına paytaxtın Yasamal və Nəsimi rayonlarında yeni tikilmiş “göydələn”lərdə bir neçə bahalı mənzil alıb. Ancaq rektor S.Səttarovun rəsmi qaydada ödəyib qəbz aldığı 1000 manat təhsil haqqına ağlabatan izah verə bilmədi.

Əslində isə BSU-nun rektorunun izah etməli, aydınlıq gətirməli olduğu qaranlıq məsələlər çoxdur. Məsələn, zərrəbinsiz gözlə baxmaqla da sezilir ki, xeyli müddətmiş Dürdanə Əliyevaya vəzifəsindən kənara çıxan geniş səlahiyyətlər verilibmiş. Üstəgəl, nəyə görə D.Əliyevanın qanunsuz əməlləri barədə birinci olaraq hüquq-mühafizə orqanlarına rektor və adlartı çəkilənlər özləri xəbər verməyiblər?  

Bildirildiyinə görə, həbs olunan Dürdanə Əliyeva istintaqa ifadə verib ki, qanunazidd nə iş görübsə, hamısından rektorun xəbəri var və rüşvət kimi aldığı pulları Nurlana Əliyevaya verib. Sözsüz ki, Nurlana Əliyeva bunca ciddi ittihamla barışmayacaq, ancaq son sözü əlbəttə ki, istintaq deyəcək.   



   
Belə yerdə deyirlər " Artıq tamah baş yarar"

Bölmənin digər xəbərləri

29 Mart 2023 Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış - FOTO
27 Mart 2023 Bakıda kilosu 195 manata alça satılır - FOTO
07 Mart 2023 ŞOK: Uşaq bağçası adı altında yaşayış binası tikilir - Burası AZƏRBAYCANDIR!
22 Fevral 2023 Azərbaycanda görünməmiş oğurluq - Kəndin körpüsünü söküb apardılar
14 Fevral 2023 Azərbaycanda eşşək piyada keçidindən keçdi - VİDEO
31 Yanvar 2023 Mağazadan çörək aldı, içindən görün nə çıxdı - VİDEO
12 Yanvar 2023 Sürücüdən ağlasığmaz addım: Sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
09 Yanvar 2023 Taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
27 Dekabr 2022 Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
08 Sentyabr 2022 Məktəb, yoxsa qadağan olunan zona? - VİDEO
29 Avqust 2022 “JEK”lər də xidmət haqlarını artırdı: Əvvəlki illərin artımı da tələb edilir
10 Avqust 2022 Masazırda zibil problemini qoyunların köməyilə “həll edirlər” - VİDEO
19 İyul 2022 Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB + FOTO
03 İyun 2022 İçki qabında xəstəyə sistem köçürülür? - Foto
04 May 2022 Bakıda Nəbatat Bağında ağaclar kəsilir? - VİDEO
26 Aprel 2022 Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU
05 Aprel 2022 Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
26 Yanvar 2022 DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
28 Dekabr 2021 Xətai rayonunda “gecəqondu” obyektlərə yer ayırmaq üçün yaşıllıqlar məhv edilir
02 Dekabr 2021 Elmar Məmmədyarov üzə çıxdı - FOTO

Xəbər lenti