“Girov götürülmüş” ağacları xilas edən tapılacaqmı?

 

Bir neçə gün əvvəl peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif edildi. Bir tərəfdən, peşə bayramının, digər tərəfdən isə sözügedən mükafatlandırmanın sevincini yaşayan nazirlik əməkdaşları yəqin ki, Bakının Nizami rayonunda böyük bir yaşıllıq sahəsinin məhvolma təhlükəsi ilə üz-üzə qalmasından xəbərsizdirlər. Əks təqdirdə, bu rəzalətə laqeyd qalmazdılar. Məsələ burasındadır ki, Şərifli-25 ünvanında, Nəsimi küçəsi ilə kəsişən yerdə böyük bir ağaclıq sahəsi xeyli vaxtdır ki, dəmir hasara alınıb. Bunun da nəticəsində həmin ağacların sulanması məsələsi mümkünsüz olub. Belə davam edərsə, bir müddət sonra ərazidəki ağacların tamamilə quruyub məhv olması qaçılmaz olacaq. Görünür ki, ağacları dəmir hasarda mühasirəyə alanların da məqsədi elə budur.

 

Susuzluqdan qurumaq ərəfəsində olan ağaclar sanki haray qopararaq dil açmaq istəyir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə üz tutaraq “bizi girovluqdan qurtarın” deməyə çalışırlar.

Ağacları amansızcasına dəmir hasara alanlar, çox güman ki, Bakı şəhər İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların “saqqalı”nın altından keçiblər. Yoxsa ki, kim belə bir iş görməyə cəsarət edərdi?

Onu da qeyd edək ki, yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, həmin ərazidəki ağaclar ötən əsrin 70-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk vaxtlarda əkilib və hər zaman əraziyə lazımi qulluq göstərilib. Ulu Öndərimizin təbiətə, yaşıllığa necə qiymət verməsi,  ağaclar haqqında hansı məşhur ifadələri işlətməsi isə yəqin ki, heç kəsin yadından çıxmayıb. Təkcə sözügedən yadından çıxmayıb. Təkcə sözügedən ərazidəki ağacları məhv etməyə çalışan bəzi “işbaz”lardan başqa…

 






Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti