"Onda kimin kimdən xoşu gəlmirsə, yığılaq döyək, qulağını kəsək?" - deputat






Xəbər verdiyimiz kimi, Samux rayonunun Füzuli kəndində “Şəhidlər bulağı”nın kranını qırdığı üçün 25 yaşlı gənc M.Əliyev kənd sakinləri tərəfindən ölümcül döyülüb və qulağı kəsilib.


Hadisəni törədən kənd sakinləri isə hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb olunub.

Sözügedən olayla bağlı ictimaiyyətin böyük bir qismi bulağa zərər yetirənin də cəzalanadırılmasının vacib olduğu qənaətindədirlər. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən millət vəkili Aqil Abbas müvafiq cəzanın dövlət tərəfindən verilməli olduğunu qeyd edib:

“Cəza tədbirləri qanun çərçivəsində olmalıdır. İndi hansı zəmanədə yaşayırıq? Bəlkə də onu, “Şəhid bulağı”nı sındırdığı üçün yox, başqa şeyə görə o hala salıblar, bilmirəm. Lakin indi elə olmur. Onu qanunamüvafiq olaraq dövlət cəzalandırmalıdır. Onda kimin kimdən xoşu gəlmirsə, yığılaq döyək, qulağını kəsək? Elə olmaz axı”.

Deputat həm bulağa ziyan vuranın, həm də hadisəni törədənlərin cəzalanmalı olduğunu vurğulayıb:

“Onun qulağını kəsənlər cəzalanacaqlar. Bilirəm, şəhidlər həssas məsələdir. Lakin bu heç kəsə haqq vermir ki, gəlsin qulağını kəssin. Kranı niyə qırdığını hələ ki, bilmirəm. Eşşəklik edib, amma eşşəklik edənin də qulağını kəsmirlər ki. Ona da cəza verilməlidir, çünki etdiyi hərəkət xuliqanlıqdır. Abidəyə ziyan vurmaqdır. Amma onu döyənlər də cəzalanmalıdırlar”.

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti