"Tikinti sahəsindən zərər görmüş yüzlərlə vətəndaş var" - PROBLEM



Nazirlər Kabinetinin artıq ləğv edilmiş 86 saylı qərarından sonra, Bakıda böyük bir söküntü bumu başlamışdı. Bu zaman ortaya çox sayda tikinti şirkətləri də çıxmışdı. Vətəndaşların mənzilləri müəyyən şərtlərlə sökülür, əvəzində yenisi vəd edilir və yaxud vətəndaşa müəyyən qədər vəsait verilərək, uzaqlaşdırılırdı. Həmin dövrdə tikinti şirkətlərindən narazılqılarn sayı bitib tükənmirdi. Bir mənzilin bir neçə vətəndaşa satılması, mənzillərin çıxarış və qazla təmin edilməməsi və s. problemlərlə vətəndaşlarla yanaşı, məhkəmələr də müraciət edirdi. Bu gün də müəyyən problemlər var.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasına bildirib ki, tikinti işlərinin aparılması ölkə iqtisadiyyatına çox müsbət təsir edir: "Çünki bizim iqtisadiyyatın neft sektorundan sonra ən aparıcı sektoru tikintidir. Saat mexanizmi kimi bütün sahələri çalışdırır. Tikinti materiallarının istehsalı, satışı və s. Bu, çox vacib və əhəmiyyətli sahədir. Amma tikinti sahəsindən zərər görmüş yüzlərlə vətəndaş var. Və bu problem illərlə öz həllini tapa bilmir. Vətəndaş hər hansı bir mənzili çıxarışla alan zaman notarius və aidiyyatı qurumlar tərəfindən sənədləri yoxlandıqdan sonra alqı-satqı baş tutur. Əgər sənədlərdə hərhansı bir problem varsa, alqı-satqı gerçəkləşmir.

Vətəndaşlar bu gün yeni binalarda mənzil aldıqları zaman külli miqdarda vəsait ödəyərək sadəcə, müqavilə imzalayırlar. Müqavilələrin reyestri isə heç bir dövlət idarəsində aparılmır. Bu müqavilə, MTK - yəni mənzili tikən şirkət və vətəndaş arasında bağlanılan müqavilədir. Və vətəndaş bu müqaviləyə inanmağa məcburdur. Başqa yolu yoxdur".

Ekspertin sözlərinə görə, bəzi şirkətlər var ki, onların müqavilələri notarius vasitəsilə təsdiqlənir, amma bu şirkətlərin sayı çox azdır. Bu problemlərdən əziyyət çəkən vətəndaşlar isə, aylarla və ya illərlə məhkəmələrdə mübarizə aparırlar. Burada verilən "ən yaxşı" qərar, MTK rəhbərinin həbsi olur. Bu isə, vətəndaşa heç nə vermir.

"Vətəndaş burada itirir. Əgər vətəndaş bankdan 10 min manat pul götürürsə, bank vətəndaşdan 15-20 min manatlıq girov və zamin tələb edir. Amma bu gün vətəndaşlar MTK-ya 100-150 min manat pul ödəyir və bunun əvəzində vətəndaşa hər hansı bir zəmanətli sənəd verilmir. Sadəcə alqı-satqı müqaviləsi və maliyyə arayışı verilir. Düzdür, bu, bütün problemli binalara şamil edilmir. Vətəndaşları aldadan şirkətlərin sayı azdır, yaxşı şirkətlərin sayı çoxdur",- deyə Fərzəliyev bildirib.

Vətəndaşları aldadan, onlara qarşı oyun aparan şirkətlərə görə, bu gün vətəndaşlar, normal - yaxşı şirkətlərdən də ev almağa ehtiyat edirlər. Əksər insanlar gözləyir ki, binaya çıxarış verilsin, bundan sonra mənzil alsın. Bu zaman da qiymət daha baha olur, amma vətəndaş özünü daha güvəndə hiss edir.

E.Fərəzliyev qeyd edir ki, Türkiyədə vətəndaşlar mənzil alarkən yaxınlıqdakı bələdiyyələrə yaxınlaşaraq binalar haqqında məlumat əldə edə bilir. Çünki reyestrlər bələdiyyələr tərəfindən aparılır. Bu zaman hansı şirkət tikir, nə vaxt tikintiyə başlayır, tikintinin bitmə tarixi, satılan mənzillərin sayı və s. bələdiyyələrdən öyrənilir. Bu proses, müxtəlif ölkələrdə fərqli formada aparılır.

"Tikinti sahəsi iqtisadiyyatı ayaqda saxlayan bir sahədir və bu sahə, inkişaf etdirilməlidir. Tikinti şirkətləri üçün şəffaf bir sistem yaradılmalıdır. Nə qədər çox tiksələr, iqtisadiyyat da bir o qədər güclənəcək. Nə qədər çox tiksələr, rəqabət olacaq və qiymətlərdə ucuzlaşma müşahidə ediləcək. Bu, azsaylı sahələrdəndir ki, kənardan ölkəyə pul gətirir. Xaricdə yaşayan azərbaycanlılar, Azərbaycanda əmlak almaq üçün külli miqdarda pul gətirirlər".

Bugünkü mənzərə insanların əl-qolunu bağlayır. Ekspert hesab edir ki, şirkətlər üçün yaxşı şərait yaradılmalıdır. Satış prosesi MTK-lar tərəfindən deyil, hansısa dövlət qurumunun vasitəsilə aparılmalıdır ki, vətəndaşlar inansın. Vətəndaşa zəmanət verilməlidir ki, ödədiyi vaxtdan nə qədər sonra bina tikilib ona təhvil veriləcək. Vətəndaşa zəmanət verilməlidir ki, binaya nə zaman çıxarış veriləcək. Çünki binalar var ki, insanlar illərlə bu binalarda yaşayır, amma çıxarış ala bilmirlər. Bu binalarda, hansısa texniki səbəblərdən vətəndaşların mülkiyyət hüququ pozulur.

"Bu məsələdə haqlı tərəf müştəridir. Pulunu verdiyi evi alıb, haqlıdır. Şirkətlə dövlət qurumları arasında olan problemlər vətəndaşlara sirayət etməməlidir. Burada əsas problem nəzarətin zəif olmasıdır. Tikinti şirkəti işə başlayarkən möhürlü və imzalı sənədlər toplayır. Bundan sonra şirkət tikintiyə başlaya bilər. Əgər şirkət bu qədər sənəd toplayırsa, bunun üzərində bir nəzarət olmalıdır. Bu sahəyə diqqət ayrılmalıdır ki, insanlarda bu sahəyə maraq artsın",- deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, bu gün Bakı şəhərində istismar müddətini bitirmiş yüzlərlə bina var. Bu binalarda istənilən zaman qəzalar baş verə bilər və yüzlərlə insan qəzadan zərər görə bilər. Ancaq tikinti şirkətlərinə imkan yaradılsa, bu, vətəndaşların da xeyrinə olar. Tikinti şirkətləri müəyyən vergilərdən azad edilməlidir ki, onlar köhnə binaları söküb yerində yeni binalar tikə bilsin.

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti