Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video




“Yay gələndən belə demək olarsa, ağcaqanadların kütləvi hücumuna məruz qalmışıq. Xüsusən axşam saatlarında, hava qaralandan sonra qəsəbədə həyat dayanır. Heç kim çölə çıxa bilmir, işıqları söndürüb evdə otururuq”.

 

Bu şikayətlə “Qafqazinfo”ya Abşeron rayonu, Məmmədli qəsəbəsi Əjdər Məlikov küçəsində yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, əvvəllər sözügedən ərazi dərmanlandığından belə hallar yaşanmayıb. Hazırda isə ərazi dərmanlanmır, üstəlik yaxınlıqdakı qrunt sularının yığıldığı gölün ətrafına məişət tullantılarının tökülməsi də buranı yaşanmaz hala gətirib.

“Yaxınlıqda göl var, bir neçə ay əvvəl gətirib həmin əraziyə məişət tullantıları tökmüşdülər. Sakinlərin etirazından sonra yığışdırıldı. Bundan sonra da ağcaqanad əlindən tərpənmək olmur. Axşam saatlarında qəsəbə zülmətə bürünür. Heç kim evində işıq yandırmır, çünki işıq yansa, evdə yatmaq mümkün olmaz. Həyətə çıxıb hava almağı isə heç ağlımıza gətirmirik. Aidiyyəti dövlət qurumlarına şikayət etsək də, çarə edən tapılmır”, - qəsəbə sakini Pərvin Zeynalov bildirib.

Məsələ ilə əlaqədar Abşeron rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya Şöbəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazi Abşeron rayonuna aid olsa da, orada xidmət prosesi Sabunçu rayonunun müvafiq şöbələri tərəfindən həyata keçirilir: “4-5 il əvvəl də belə bir problem qalxmışdı, sakinlər ağcaqanadların olmasından şikayətlənirdilər. Biz araşdırdıq, məlum oldu ki, həmin ərazilərdə dezinfeksiya işləri Sabunçu rayonunun aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Biz dəfələrlə sözügedən qəsəbənin bələdiyyəsinə müraciət etmişik ki, Abşeron rayonunun ərazi profilaktika-dezinfeksiya şöbəsi ilə müqavilə bağlasınlar. Lakin illərdir desək də, müqavilə bağlanmır, nəticədə aidiyyəti qurum gedib orada dezinfeksiya işləri həyata keçirə bilmir”.

Məsələ ilə əlaqədar Məmmədli bələdiyyəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab ala bilmədik.

Bölmənin digər xəbərləri

09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
25 İyul 2022 HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO
27 Aprel 2022 Kilosu 50-80 manata satılan meyvələr - VİDEO
27 Aprel 2022 Küçə, yoxsa zibil poliqonu? – VİDEO
26 Aprel 2022 Özəl klinikalarda əl yandıran "özəl qiymətlər" - VİDEO
25 Aprel 2022 Bakıda yerləşən məşhur “fast food” restoranında istifadəyə yararsız məhsullar aşkarlanıb
19 Aprel 2022 Bomjların məkanına çevrilən kinoteatr binası - FOTOREPORTAJ
19 Aprel 2022 Bakının ən böyük xəstəxanalarından biri xəstəlik yuvasına dönüb - FOTO

Xəbər lenti