Əlillər üçün tikilən mənzilləri 6 milyona satan dələduz - MƏHKƏMƏ




Bakı Ağır Cinayətlər məhkəməsində dələduzluqda təqsirləndirilən Məzahir Nəsibovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

 

Modern.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüsal Ağayev bildirib ki, bu iş üzrə 9-10 nəfər saxlanılmalıdır, bir nəfər yox.

 

"26 saylı Mənzil İstismar İdarəsinin rəisi Natiq Məmmədov bizə yaxınlaşıb dedi ki, aztəminatlı ailələrə ev tikilir. Bildirildi ki, bu mənzildə sizə də ev verilə bilər. 2 mərtəbəsi gözdən əlillərə, 10 mərtəbəsi isə aztəminatlı ailələrə veriləcək. Bizə dedi ki, bundan ötrü Nərimanov rayonunda yataqxanaya qeydiyyata düşmək lazımdı. Qeydiyyata düşəndən sonra dedilər ki, Nərimanov rayon İcra Hakimiyyətin Yoməddin adlı şəxslə görüşmək lazımdır. Məzahir Yoməddinə zəng vurdu, dedi ki ev istəyənlər var. Yoməddin də dedi ki bəli, belə bir mənzil tikilir.

 

Məzahirlə ikimiz notariusa getdik, orada borc müqaviləsi bağladıq. Məzahirə 80 min manat verdim. Məzahir mənə özünü Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim etmişdi. Sonradan da 5 min manat verdim. Məzahir dedi ki, 80 min manat evin pulunu, 5 min manat isə Natiq Məmmədova verilməlidir ki, ev növbəsi ilə bağlı sərəncam alınsın. Sonra da dedilər ki, Məzahir ölkədən qaçıb. Gəldim icra hakimiyyətinə, dedilər ki, Məzahir icra hakimiyyətində işləmir".

 

Zərərçəkmiş bildirib ki, hadisədən sonra o Natiq Məmmədovla əlaqə saxlayıb:

 

"Natiq dedi ki, Məzahir Nəsibov ölkədən qaçıb, şikayət olmasın, sizə ev verəcəyik. Bir müddətdən sonra o da telefonu açmadı. Hazırda Rövşən adlı vəkil zərərçəkmişlərlə görüşür, bizə dəymiş ziyanı ödəyir".

 

Təqsirləndirilən şəxs bildirib ki, cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalıdır: "İş yenidən araşdırılmalı ibtidai istintaqa qaytarılmalıdır. Çünki iş düzgün aparılmayıb. Məzahir bu işdə qurbanlıq qoyundur. Məzhirin hər bir şəraiti var idi, ona nə sərf edirdi başını bəlaya salsın. Məzahir içəridə oturub, çöldə onun adından pul paylayırlar".

 

Zərərçəkmiş Muğan Nəsirov bildirib ki, ev alqı-satqısı ilə məşğul olub: "Qohumum ev istəyirdi. Həmin binada ev satıldığını eşitdim və qohumuma dedim. Qohum razılaşdı. Sonra məni Məzahirlə tanış elədilər, dedilər ki, icra hakimiyyətində işləyir. Biz də razılaşdıq, qohumum pulu verdi Məzahirə. Sonra Məzahir qohumumu pasport qeydiyyatına saldı. Sonra 5 min verdik, ev növbəsinə götürülməsi üçün Nərimanov rayon İcra Hakimiyyəti sərəncam verdi. Sonra mən özüm üçün də xahiş elədim. 5 min manat verdim, mən də sərəncam aldım. Sonradan dedilər ki, Məzahir qaçıb ölkədən".

 

Zərərçəkmiş deyib ki, hazırda dəymiş ziyan ödənilib.

 

Baş prokurorluğun məlumatına görə, Nəsibov Məzahir Dursun oğlunun qanunsuz əməlləri ilə əlaqədar aparılmış istintaq tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.

 

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Məzahir Nəsibovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu bildirib, vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə qeyd olunan birliyin üzvü olmayan cəmi 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Məzahir Nəsibova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.

Bölmənin digər xəbərləri

29 Mart 2023 “Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
29 Mart 2023 Bakıda əyləncə parkında dağılan fontan təhlükə saçır - VİDEO
07 Mart 2023 "İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi
24 Fevral 2023 “Neolit”in rəhbəri ağacları qanunsuz kəsdirib
06 Yanvar 2023 Vasif Talıbovun topdağıtmaz holdinqi: İnhisarçı şirkətlər nə ilə məşğuldurlar?
09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
25 İyul 2022 HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?
01 İyul 2022 Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO

Xəbər lenti