Bakıda qaraya boyanan bina: Sakinlər bir, İH başqa söz deyir - AÇIQLAMA + YENİLƏNİB + FOTO






Yasamalda yerləşən binanın fasadının qara rəngə boyanması ilə bağlı daha bir açıqlama verilib. 

 

Binada yaşayan sakinlərdən biri Oxu.Az-a açıqlamasında bildirib ki, binanın fasadının təzələnməsi barədə qərarı sakinlər özləri verməyib:

“Yasamal Rayon İcra Hakimiyyətinin açıqlaması düzgün deyil. Sakinlər binanın qara rəngə boyanması üçün heç bir təşəbbüs göstərməyib. Binamız ilə üzbəüz çoxmərtəbəli bina tikilir. Onlar öz hesabına binamızı da qara rəngdə boyayıblar. Həmin Mənzil Tikinti Kooperativinə də (MTK) Yasamal Rayon İcra Hakimiyyətinin memarı göstəriş verib. Sakinlər binanın bu rəngdə olmasına razı deyil”.

12:12

Yasamal Rayon İcra Hakimiyyəti ərazidə yerləşən binanın fəsadının qara rəngə boyanması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Kazım Kazımzadə küçəsində yerləşən bina Mənzil Tikinti Kooperativinə (MTK) aiddir:

“Bina Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Binanın fasadının təzələnməsi barədə qərarı sakinlər özləri veriblər. Bina sakinlərinin fasadın rəngi ilə bağlı ümumi qərarı onların seçimi olub və müvafiq iş onlar tərəfindən həyata keçirilib”.

“Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri müvafiq MTK rəhbərliyi ilə əlaqə saxlayıb və binanın fasad rənginin şəhərin ümumi görünüşünə uyğun olmadığına dair öz iradını bildiriblər”, - deyə qurumdan qeyd edilib.

Qeyd edək ki, Kazım Kazımzadə küçəsində yerləşən yaşayış bina qara rəngdə boyanıb. Binanın fəsadının bu cür boyanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub

 

Bölmənin digər xəbərləri

29 Mart 2023 “Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
29 Mart 2023 Bakıda əyləncə parkında dağılan fontan təhlükə saçır - VİDEO
07 Mart 2023 "İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi
24 Fevral 2023 “Neolit”in rəhbəri ağacları qanunsuz kəsdirib
06 Yanvar 2023 Vasif Talıbovun topdağıtmaz holdinqi: İnhisarçı şirkətlər nə ilə məşğuldurlar?
09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
25 İyul 2022 HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?
01 İyul 2022 Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO

Xəbər lenti