Millət vəkili, kimin vəkili olduğunu unutma..




. Könül Nurullayevanın mövqe qərarsızlığı cəmiyyətdə hələ də müzakirə olunur Əlbəttə, bu gün istər dünyada, istərsə də ölkəmizdə cərəyan edən hadisələr, gedən proseslər bir-birini elə sürətlə təqib edir ki, artıq nəinki dünən, hətta günün birinci yarısında baş vermiş olayla axşam xəbərlərində kimisə təəccübləndirmək demək olar ki, mümkün deyil. Amma bu, daha çox gündəm yaratmaq və izləyiciyə sensasiya təqdim etmək məqsədi güdənlərin sıxıntısıdır. Əsl problemli məsələlər isə cəmiyyətdə bir və ya bir neçə gün deyi, həmin problemin öz həllini tapdığı ana qədər müzakirə oluna bilərlər və olunurlar da. Doğrudur, əksər hallarda yeni gündəmlər həmin problemi də müəyyən qədər arxa plana sıxışdıra bilirlər. Lakin cüzi bir təkan məsələnin yenidən diqqət mərkəzinə qayıtmasına səbəb ola bilir. Milli Məclisin deputatı Könül Nurullayeva bu gün özünün rəsmi facebook səhifəsində “Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni prioritetlər müəyyənləşib” sərlövhəli yazı paylaşıb. Yazıda Prezident İlham Əliyevin Aİ-nin region üzrə xüsusi nümayəndəsi T.Klaar ilə görüşündə müzakirə olunan məsələlərə dair fikirlər bildirilib. Daha dəqiq desək, bu məqalədə artıq hər kəsə məlum olan faktlat təkrar qeyd olunmaqla, əslində heç bir yeni təhlil nəticəsi təqdim edilmir. Amma bizim toxunmaq istədiyimiz məqam bununla da bağlı deyil. Məsələ bundadır ki, məqalədə Aİ-nin Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xətti ayırmasını əlaqələrin müsbət inkişafının göstəricisi kimi dəyərləndirən millət vəkili nədənsə bu inkişafa nail olmaq üçün, Avropa ilə münasibətlərimizin məhz bizim maraqlarımıza cavab verən məcraya yönəlməsi üçün Azərbaycan Prezidentinin göstərdiyi səylərin önəmini qeyd etməyi unudur. Axı biz hamımız yaxşı xatırlayırıq ki, hələ cəmi iki ay bundan öncə təkcə Azərbaycanda deyil, həmçinin Avropanın media məkanında da səs-küylü müzakirəyə səbəb olan mövzulardan biri də Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard dollar, Azərbaycana isə cəmi 140 milyon avro həcmində dəstək paketini elan etməsi ilə bağlı idi. Prezident İlham Əliyev isə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsində jurnalistin bu məsələ ilə bağlı verdiyi sualı cavablandırarkən belə demişdi: “... Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb.” Həqiqətən də, görəsən Avropa Komissiyası niyə belə bir ədalətsiz qərar qəbul etmişdi? Düzdür, Azərbaycan çox dəfələrlə belə ədalətsizliklərlə üzləşib. Amma, bəlkə məhz bu dəfə Aİ-nin bu qərarı əsaslandıracaq hansısa xırdaca bir dəlili, həm də məhz Azərbycandan qaynaqlana biləcək bir dəlili olub? Məsələn, bir azərbaycanlı deputatın xarici telekanallara verdiyi müsahibəsində Ermənistanın maddi durumu ilə bağlı təəssübkeş ifadələr səsləndirməsi belə bir arqument rolunu oynaya bilərmi? Bəli, söhbət məhz millət vəkili Könül Nurullayevanın 2020-ci il noyabrın 12-də Türkiyənin TV Net telekanalına verdiyi müsahibəsində səsləndirdiyi bəzi fikirlərdən gedir. Doğrudur, həmin vaxt bu məsələyə dərhal Milli Məclisin İntizam komissiyasının iclasında baxılmış və deputat Könül Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdi. Lakin problem mahiyyət etibarı ilə həll olundumu? Əlbəttə ki, yox. Çünki, ölkəmizdə bir millət vəkilinin təmsil etdiyi bir neçə min insanın “rəsmi İrəvanın Azərbaycana təzminat verməsi önəmli deyil” düşüncəsində olması tamamilə absurd fikirdir. Bəs belə olduğu halda həmin deputat bu insanları necə təmsil edə bilir? Və ən əsası, kim zəmanət verir ki, həmin millət vəkili gələcəkdə və bəlkə də daha həssas mövzularda dövlətimizin siyasətinə və xalqın iradəsinə zidd fikirlər səsləndirməyəcək?








Bölmənin digər xəbərləri

29 Mart 2023 “Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
29 Mart 2023 Bakıda əyləncə parkında dağılan fontan təhlükə saçır - VİDEO
07 Mart 2023 "İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi
24 Fevral 2023 “Neolit”in rəhbəri ağacları qanunsuz kəsdirib
06 Yanvar 2023 Vasif Talıbovun topdağıtmaz holdinqi: İnhisarçı şirkətlər nə ilə məşğuldurlar?
09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
25 İyul 2022 HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?
01 İyul 2022 Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO

Xəbər lenti