"Tərifli yazıları paylaşıb yaymaqla, guya rəhbərlərini işgüzar kimi qələmə verirlər" - deputat



Tənqidi sevmək və qəbul etmək indiki dövrdə hər məmurun, nazirin, deputatın işi deyil. Bu gün cəmiyyətimizdə neçə nazir və ya məmur tənqidə açıqdır? Amma tərif və ya mədh məzmunlu yazıları yazanı da, yayımlayanı da özlərinə “dost” elan edirlər. Hər tədbirlərində yerləri yuxarı başda olur. Vay o gündən ki, hansısa ən kiçik məmurdan kiçicik tənqid yazasan, o saat çevirilirsən, asi düşmənə. Nə sənə açıqlama verir, nə tədbirlərə dəvət edir, dərhal da yazının, hətta sosial şəbəkədə yazılan rəyin silinməsini tələb edirlər.

Əslində insan faktoru olan yerdə mütləq şəkildə problem və bu problemi çözmək üçün sağlam tənqid olmalıdır. Bizim məmurlar isə yuxudan duran kimi qəzetlərdə, saytlarda, internet resurslarında özləri barədə mədhiyyə oxumaq istəyirlər.

Bu istək nədən doğur? Yalançı tərif və ya həqiqi tənqid işgüzarlıq göstəricisidir? Yaxud, cəmiyyət tənqidlə ya təriflə inkişaf edir?

“Tənqidi qəbul etməyən məmurların troll dəstəsi var”

Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında məsələyə münasibət bildirərkən, Nikita Xruşovun sözünü yada salır:

“Tənqid hamamdakı kisə kimidir. Nə qədər çox tənqid olarsa, sən daha da təmiz olarsan. Bu Xruşovun sözüdür. Tənqid olmasa cəmiyyətdə, dünyada heç nə düzəlməyəcək”.

Deputat məmurların tənqiddən qorxduğunu vurğulayıb:

“Mən bütün haqlı tənqidi qəbul edirəm, oxuyuram. Çoxları bu gün tənqiddən qorxur. Əslində bu sual məncə onlara verilməli idi. Mən heç vaxt tənqiddən çəkinməmişəm, qorxmamışam. Amma haqsız tənqid olanda hirslənirəm. Məmur, yüksək vəzifə sahibi tənqid olunan halı aradan qaldırmalı, düzəltməlidir. Saçı pis görsənirsə, güzgünü vurub qırmalı deyil, saçını düzəltməlidir. Tənqidə qarşı çıxmaq güzgünü vurub qırmaq deməkdir”.

A.Abbas bildirib ki, tənqidi qəbul etməyən məmurların troll dəstəsi var:

“Troll məsələsi bu gün çox ciddidir. İndi hamısının trollu var. Sən istədin, istəmədin o trollar sənə, yazdığın yazıya qarşı çıxacaqlar. Hər yerdə, sosial şəbəkələrdə insanları sənə qarşı yönəldəcəklər. Tərifli yazıları paylaşıb yaymaqla, guya rəhbərlərini işgüzar kimi qələmə verirlər. Cəmiyyətin və dünyanın inkişafı üçün tənqid mütləq və vacibdir”.

Tənqidə qarşı dözümsüz olmaq uşaqlıqdan alınan tərbiyə ilə bağlıdır

Psixoterapevt Elmir Əkbər tənqidi qəbul etməməkdə vəzifənin deyil, uşaqlıq travmasının önəmli olduğunu bildirib:

"Ola bilər ki, yüksək vəzifədə olan biri tənqidi sevir və ya əksinə, heç bir vəzifəsi olmayan insan tənqidi qəbul etmir. Bu eynən ərköyünlük kimi bir şeydir. Məsələn, bəzi insanlar elə bilirlər ki, ərköyünlük ancaq varlı ailələrin uşaqlarına məxsusdur. Amma deyərdim ki, bu belə deyil. Kasıb ailələr var ki, uşaqları çox ərköyündür.

Tənqidə münasibət də insanın təbiətindən, xarakterindən, şəxsiyyətinin quruluşundan asılıdır. Tənqidə qarşı dözümsüz olmaq uşaqlıqdan alınan tərbiyə ilə bağlıdır. Bəzi ailələr övladını həddindən artıq tənqid edir və insan bundan travma alır. Bəzi ailələr övladlarını yersiz yerə ancaq tərifləyirlər. Hər iki halda insan böyüyəndə tənqidə qarşı dözümsüz olur. Ən əsası uşaq vaxtı çox danlananlar böyüyəndə tənqidə qarşı dözümsüzlük nümayiş etdirirlər. Kimsə onları haqlı yerə tənqid edəndə belə, onlar uşaq vaxtı valideynlərinin onun danlamasını xatırlayır.

Ömrü böyu səhvi göstərilməyən, ərköyün böyüyən uşaqlarda da tənqidi qəbul etmək vərdişi yoxdur. Ona görə də valideynlər övladlarına balanslaşdırılmış, psixoanalitik bir tərbiyə verməlidirlər. Uşaqlara körpə yaşından uduzmağı, tənqidi qəbul etməyi öyrətmək lazımdır. Ən əsası da tənqiddən doğru nəticə çıxarıb, öz səhvlərini görməyi bacarmalıdılar. Çünki tənqidə qarşı dözümsüz olan insanın gələcəkdə inkişafı olmayacaq. Tənqid bizim səhvlərimizi düzəldib, daha da inkişaf etməmiz üçün lazımdır”.

Bölmənin digər xəbərləri

29 Mart 2023 “Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
29 Mart 2023 Bakıda əyləncə parkında dağılan fontan təhlükə saçır - VİDEO
07 Mart 2023 "İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi
24 Fevral 2023 “Neolit”in rəhbəri ağacları qanunsuz kəsdirib
06 Yanvar 2023 Vasif Talıbovun topdağıtmaz holdinqi: İnhisarçı şirkətlər nə ilə məşğuldurlar?
09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
25 İyul 2022 HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?
01 İyul 2022 Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO

Xəbər lenti