|
![]() |
![]() |
![]() |
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.
İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.
Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bakıda yerli qəsəbələrin birindəki məhəllədə insandan çox qurbağa yaşayır. Söhbət Abşeron rayonu Məmmədli qəsəbəsindəki yeni məhəllə adlanan ərazidən gedir.
"Nişanlanma olmayıb, söz kəsmək istəyiblər. Biz bunun qarşısını aldıq".
Milli.Az bildirir ki, bu sözləri Masallı rayon Bədəlan kəndinin sakini olan 14 yaşlı qızın nişanlandırılması ilə bağlı yayılan iddialar barədə Yeniavaz.com-a açıqlama verən sözügedən kəndin icra nümayəndəsi Hacırza Nağıyev deyib. O bildirib ki, ana qarşı tərəfə rədd cavabı verib və övladını oxudacağını deyib: "Nişanlanma olmayıb, söz kəsmək istəyiblər. Biz bunun qarşısını aldıq. İcra hakimiyyətindən nümayəndələr, polis əməkdaşları və məktəbin direktoru ilə birlikdə gedib qızın özü və anası ilə söhbətləşdik. İzah etdik ki, bu qeyri-qanuni addımdır. Bildirdik ki, söz kəsilməsi də məktəbli uşaq üçün həmyaşıdları arasında problemlərə səbəb ola bilər. Onlar da bizimlə razılaşdılar. Məsələni aktlaşdırdıq. Ana da bildirdi ki, başa düşməyib və qarşı tərəfə rədd cavabı verib. O övladını oxudacağını bildirdi. Qızın atası dünyasını dəyişib".
-------
10:39
"Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində mayın 5-də 14 yaşlı qızla 38 yaşında kişinin nişan mərasimi keçirilib".
Milli.Az bildirir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:
"14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur".
O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq:
"Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq".
Famil Mustafayev bu gün Ali Attestasiya Komissiyasının sədridir. Ölkə Prezidentinin adı ilə manipulyasiya edib çıxardığı qanunsuz qərarların eyforiyasına varır. Bu günün sabahı da var. Unutmaq olmaz ki, vəzifə bir əmanətdir, əmanətə xəyanət isə əfvolunmazdır!
Bundan da dəhşətlisi cəmiyyəti qanunun olmamasına inandırmaq cəhdidir! Yoxsa təkrar-təkrar müzakirələr oldu nə, olmadı nə. Bunun elmlə heç bir əlaqəsi yoxdur və bu praktikaya Famil müəllimin özü də yaxşı bələddir, çünki öz avtoreferatı da bu mənasız mənzərəni təsvir edir. Yüz elə avtoreferat, nəverim dissertasiyalar, gurultulu təqdimatı keçirilən "şedevrlər" yığını Azərbaycan qanunlarının fövqündə ola bilməz!
Hərəniz bir tərəfdən bir vəzifə mundiri geyinib düşmüsünüz biçarə QANUNUN üstünə, vur ki vurasınız. İnsafınız olsun, imkan verin, QANUNLAR fəaliyyət göstərsin!
Bu günlərdə bir həmkarla görüşdə cənabi-ali Famil Mustafayev buyurub ki, dissertantların təkrar müzakirəyə girməsi AAK-dan müdafiəyə icazə alınması prosedurunun əvəzidir. Bərəkallah! Doğrudanmı, AAK sədri bu qədər bəsit düşünür? Bu, mal tədavülü və təbadülü deyil, Famil müəllim, vallah, heç əmtəə mübadiləsi də deyil! Bu, alınıb-satılmayan QANUNDUR! Məsələn, sadə dillə desək, bu, Xırdalanda 3 evin əvəzinə dəniz kənarında 2 bahalı mənzil alıb irəli, yaxud geri düşmək məsələsi deyil. Qanun hamının riayət etməli olduğu icbari, həm də müqəddəs bir kodeksdir!
Təbii ki, atılan bu addımlar özünə bəraət qazandırmaq və edilən qanunsuzluqları asanca ört-basdır etmək cəhdidir!
Cənabi-möhtərəm Famil Mustafayev! Məgər sizin qanunsuz əməllərinizin nəticəsi deyildimi onlarla vətəndaşı ölkə Prezidentindən kömək istəməyə vadar edən?! Onlar sizin qeyri-qanuni qərarlarınız ucbatından Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentə məktublar ünvanlamaq məcburiyyətində qaldılar...
Məqami-ali, hörmətli Famil Mustafayev! Heç olmasa, ölkə başçısına müraciətdən sonra narazılığa səbəb olan addımınızdan geri çəkiləydiniz!
Qərarlarınızda Prezidentin adı ilə manipulyasiya etməyinizə indi haqq qazandırırsınız, deyilmi?! Deyəsən, niyyətləriniz gerçəkləşir, hə? Prezidentdən izn alıb qərar çıxardığınızı desəniz (zatən qərarda onun adından sui-istifadə etmisiniz), buna məlumatsız vətəndaşları inandıra bilərsiniz. Yəni bu qədər zərərli bir yolda olduğunuzun fərqində deyilsiniz.
Famil Mustafayevin fəaliyyətindəki "peşəkarlığ"ın anatomiyasına ötəri nəzər saldıqda nələr üzə çıxmır, pərvərdigara?! Deməli, o, ölkə Prezidentinin adını çəkərək qanunsuz qərar çıxarıb narazı insanlar kütləsi yaradır və onların şikayətlərinə, haqq səslərinə məhəl qoymur. Ümidləri üzülən və AAK sədrinin çıxardığı qərarın Konstitusiya və qanunlara zidd olduğuna əmin olan həmin vətəndaşlar Prezidentə poçtla və ictimai qaydada müraciətlər edirlər.
Cənab F.Mustafayev! Bir az düşünün, əgər bütün işləri bir nəfər Prezident görə biləcəkdisə, onda sizlər nəyə lazımsınız? Axı vəzifə sizlərə əmanət edilib. Siz isə nədənsə qanunu sövdələşmə və ya başqa bir şey kimi başa düşürsünüz.
Çox yaxşı bilirsiniz ki, siz və vəzifəyə münasibətdə sizin xasiyyətdə olan şəxslərin etdikləri bütün qanunsuzluqlar peşəkar fəndləriniz sayəsində ölkənin birinci şəxsinin üzərinə yönəlir. Özünüzmü belə edirsiniz, yoxsa doğrudan da, kimsə sizi bu qəbih işə vadar edir? Hər iki halda sizə haqq qazandırmaq mümkün deyil.
Siz və sizin kimi vəzifə məsuliyyətini bilməyib ölkənin reputasiyasını korlayan və ölkə başçısının imicinə xələl gətirən bəzi akademik-alimlərin yerinə, icazə verin, biz xəcalət çəkək. Ayıbdır, vallah!
Bütün problemləri ustalıqla bir nəfər şəxsin üzərinə yıxmağı, sonra rahat və xudmani həyat sürməyi özünüzə rəva görə bilməyinizi, düzü, anlamıram! Bu, heç bir dinə, fəlsəfəyə, əxlaqa, ehkama, dövlət ədəb-ərkanına və insanlığa sığmır...
Əminəm ki, bu əməllər bir gün diqqəti cəlb edəcək və vəzifə fəaliyyətiniz, yaxud fəaliyyətsizliyiniz araşdırılacaq. Etdiklərinizin mükafatını mütləq alacaqsınız!
Vəzifə səalhiyyətlərindən sui-istifadə edib hansısa sövdələşmələrə meyillənmək əvəzinə, çıxardığınız yanlış qərarın ləğvi üzərində düşünün!
http://www.aak.gov.az/single/513
http://www.aak.gov.az/single/512
İdris Abbasov
filologiya elmləri doktoru, professor