|
![]() |
![]() |
![]() |
Azərbaycanda son dövlərlər məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan "İnstpower" piramidasının fəaliyyətini dayandırdığı bildirilir.
Yenikirpi.az Modern.az-a istinadən xəbər verir ki, piramidanın adminlərinin sistemi söndürdüyü bildirilir.
Şişirdilmiş vədlərə aldanmış minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmədiyini söyləyir.
"İnstpower"in adminləri məlumat yayıblar ki, sistem bağlanmayıb, sadəcə "investorların" hesablarına pulun köçürülməsində problem yaranıb. Həmçinin məlumat yayıblar ki, serverlər yeniləndiyindən və vergi problemlərinə görə "İnstpower" işləmir.
Qeyd olunur ki, vətəndaşlar hələ də problemin həll ediləcəyini ümid edirlər. Mütəxəssislər bildirirlər ki, digər piramidalarda olduğu kimi, "İnstpower" pramidasında da vətəndaşlar aldadılıb, onların pulları mənimsənilib.
"İnstpower" piramidası Azərbaycanda çox məşhurlaşmışdı. Bu piramidaya görə, "İnstpower" adlı şirkət cəlb etdiyi yatırımları "Power bank" istehsalı və "paylaşılması" biznesinə yönəldir və əldə etdiyi gəlirdən "sərmayəçilərə" mənfəət ödəyir. Bir müddət əvvəl bildirilirdi ki, "İnstpower" pramidası artıq "doyub", ən qısa müddətdə piramidanın adminləri sistemi söndürərək "qeybə çəkiləcəklər".
Piramida mexanizminə görə, layihəyə yeni qoşulanlardan əldə edilən pul əvvəl qoşulanlara qazanc olaraq ödənilir və məlumatsız insanlar şirnikləndirilir. Eyni zamanda, maliyyə piramidası fırıldaqçısının (bunlara sistemin adminləri deyilir) balansında da vəsait yığılır. Balansa yığılan vəsait hədəflənmiş səviyyəyə çatdıqdan sonra piramidanın admini sistemi söndürür və qazananlardan çox itirənlər olur.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nizami rayonunda, eyni zamanda Lənkəran, Xaçmaz, Bərdə və Goranboy rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkətinin onun əlindən alındığı və adının dəyişdirildiyi təsdiqlənib.
Artıq bir-neçə gündən sonra yeni tədris ilinə start veriləcək. Ancaq hələ də yararsız halda olan məktəblərə gedəcək şagirdlərimiz var. Elə Şəkinin mərkəzində yerləşən 18 saylı təhsil ocağının şagirdləri kimi.
“25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100 faiz uğur qazanıb”.
Yay mövsümündə tez-tez rastlaşılan problemlərdən biri də rayonlara istirahətə gedən vətəndaşların dələduzluq qurbanı olmasıdır. Belə hadisələrdən biri də Xaçmaz rayonunda qeydə alınıb.
Qaradağ rayonunun sakinləri məişət tullantılarının toplanmamasından şikayətçidirlər.
Bakıda yaşıllıq ərazi məhv edilir.
Bakıxanov qəsəbəsi Ramiz Qəmbərov və Rüstəm Rüstəmov küçələrinin arasında yerləşən yaşıllıq ərazi illərdir ki, baxımsızlıqdan əziyyət çəkir.
Belə ki, burada həm məişət tullantılarının qalaqlanması, həm də ağacların kəsilməsini aydın şəkildə görmək mümkündür. Ərazinin bir tərəfi avtomobillərin intensiv hərəkət etdiyi yola, digər tərəfi isə çoxmərtəbəli binaların həyətinə düşür.
“Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb.
Həmin görüntüləri təqdim edirik:
Bu yaxınlarda «Yeni kirpi» TV sayıtında «Hökməli dairəsində biabırçılıq» başlıqlı məqalə verilmişdi. Yazıda Abşeron rayonu, Hökməli qəsəbəsinin girişindəki dairədə, eləcə də Hökməli-Qobu yolunun kənarında qanunsuz ət kəsimi və satışı barədə söz açılır və göstərilirdi ki, bu işlər ciddi anti-sanitariya şəraitində həyata keçirilir. Nəticədə də həmin ərazilərdə ağır yoluxucu xəstəliklərin yayılmasına zəmin yaradılır. Üstəlik sözügedən obyektin fəaliyyti piyadaların və avtonəqliyyat vasitələrinin hərəkətinə də ciddi maneələr törədir.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz məqaləni araşdırılıb tədbir görülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladıq. Gözləmək olardı ki, adıçəkilən dövlət qurumları tezliklə həmin ərazidəki vəziyyətə müdaxilə edəcək və orada yaşanan biabırçılığa son qoyulacaq. Ancaq təəssüf ki, hər şey əksinə oldu. Yəni, ərazidəki qanunsuz obyektlər nəinki yığışdırıldı, əksinə orada boş qalan kiçik əraziyə daha bir neçə «obyekt» pərçim edildi toyuq satışı məntəqəsi, meyvə-tərəvəz satışı məntəqəsi və s.
Onu da xatırladaq ki, həmin ərazi əvvəllər avtobus dayanacağı kimi fəaliyyət göstərib. Ancaq «işbazlar» oranı zəbt etdikdən sonra nəqliyyatın hərəkəti ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Belə ki, boş yer olmadığından sürücülər sərnişinləri mindirib-düşürmək üçün avtobusları düz yolun ortasında, yəni avtomobillərin hərəkət zolağında saxlamalı olurlar. Bu da tıxaca və nəticədə ciddi narahatçılığa səbəb olur.
Qida Təhlükəsizliyi Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, əraziyə nəzarət etməli olan Polis Bölməsinin hansı maraqlar naminə bu cür biabırçılığa göz yummaları isə ciddi suallar doğurur. Hesab edirik ki, bu acınacaqlı vəziyyət uzun müddət davam edə bilməz. Yəqin ki, Hökməli dairəsində yaşanan biabırçılığa tezliklə son qoymağa gücü çatan gözütox bir səlahiyyət sahibi tapılar.
Abşeron rayon icra hakimiyyəti başçısı
«Yeni Kirpi» TV.
“Yay gələndən belə demək olarsa, ağcaqanadların kütləvi hücumuna məruz qalmışıq. Xüsusən axşam saatlarında, hava qaralandan sonra qəsəbədə həyat dayanır. Heç kim çölə çıxa bilmir, işıqları söndürüb evdə otururuq”.