Qarlı hava şəraiti taksi qiymətlərinin qat-qat bahalaşmasına səbəb olub.

 

 

Adi günlərdə gedilən yol üçün xidmət haqqı 3 manat idisə, bu gün qiymət 12-18 manatadək artıb.

Səbəb kimi hava şəraitinin kəskin dəyişməsi, yolların qarlı və buzlu olması, həmçinin taksi sayının azlığı bildirilir. 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.

 
BAKU.WS
QALEREYA