Xətai rayonunda “gecəqondu” obyektlərə yer ayırmaq üçün yaşıllıqlar məhv edilir







Bir müddət bundan əvvələ qədər kütləvi informasiya vasitələrinə, habelə aidiyyatı olan bütün dövlət qurumlarına mövcud ekoloji problemlərlə əlaqədar ən çox şikayət xarakterli məktub və ərizələrin daxil olduğu paytaxt rayonlarından biri Xətai rayonu idi. Daha dəqiq desək bu müraciətlərdə ekoloji problemlərdən daha çox rayonun ekologiyasına vurulan ziyandan, bu xüsusda törədilən qanun pozuntularından məlumatlar təqdim olunurdu. Rayon ərazisində müxtəlif ünvünlarda davamlı olaraq ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi ilə bağlı açıqlamalar verilirdi.

Nəhayət, 2019-cu ilin sonlarına yaxın Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyində baş verən məlum dəyişiklikdən sonra sakinlərdə belə bir əminlik yaranmışdı ki, artıq bu problem öz həllini tapacaq. Lakin cərəyan edən hadisələr göstərir ki, bu gözləntilər hələ də özünü doğrultmayıb. Bəzi mənbələrin rəyinə görə Xətai rayonu ağacların qanunsuz kəsilməsinə görə paytaxt rayonları arasında arzuolunmaz birinciliyi hələ də özündə saxlayır.

Bu gün Xətai rayonu ərazisində fundamental tikililər üçün böyük sahələrdə yaşıllıqların qırılması təcrübəsi bir qədər səngisə də, eyni prosesin daha kiçik miqyaslarda, lakin daha böyük intensivliklə həyata keçirildiyi müşahidə olunur. Məsələ bundadır ki, hazırda bu rayonda fəaliyyət göstərən bir çox dırnaqarası “iş adamları” biznes fəaliyyətlərini həyata keçirmək üçün xalq arasında “gecəqondu” adlandırılan obyektlərə üstünlük verirlər. Bir zamanlar bu ifadə ilə qanunsuz tikilmiş həyət evlərinə işarə edərdilər. Çünki bu evlər son dərəcə yığcam həcmdə olmaqla bir və ya iki gecə ərzində tikilib hazır olurdular. Amma bu gün Xətai rayonu ərazisində bir gecə ərzində peyd olan ticarət obyektləri kənarda, hansısa ixtisaslaşmış müəssisə və ya sexlərdə plastik (və yaxud da alüminium) karkas əsasında yığılıb hazır edilir və sonradan gətirilərək müəyyən edilmiş ərazidə quraşdırılırlar. Əlbəttə ki, bu obyektin yerləşdirilməsi üçün rayon ərazisində boş yerlər artıq çoxdan tükənib. Buna görə də hər növbət belə “gecəqondu”ya yer ayırmaq üçün bir neçə ağac kəsilir. Sakinlərin də gördükləri bu olur ki, dünən yanından ötüb keçdikləri yaşıllıq sahəsinin yerində bu gün artıq yeni bir “gecəqondu” obyekti fəaliyyət göstərir. Məsələn, son quraşdırılmış belə obyektlərdən biri də bu günlərdə rayonun Məhəmməd Hadi küçəsində fəaliyyətə başlayıb...

Yaxşı bəs görəsən sakinlərin gördükləri bu mənzərəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və ən nəhayət Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları niyə görmürlər? Bəlkə sakinlər arasında “qarabasma” sindromu yayılıb? Amma yox, mən hardasa oxumuşam ki, “qarabasmalar” kütləvi şəkildə baş vermir. Onda belə çıxır ki, qarşı tərəfin gözlərini nə iləsə bağlayıblar..?

Bölmənin digər xəbərləri

12 Yanvar 2023 Sürücüdən ağlasığmaz addım: Sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
09 Yanvar 2023 Taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
27 Dekabr 2022 Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
08 Sentyabr 2022 Məktəb, yoxsa qadağan olunan zona? - VİDEO
29 Avqust 2022 “JEK”lər də xidmət haqlarını artırdı: Əvvəlki illərin artımı da tələb edilir
10 Avqust 2022 Masazırda zibil problemini qoyunların köməyilə “həll edirlər” - VİDEO
19 İyul 2022 Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB + FOTO
03 İyun 2022 İçki qabında xəstəyə sistem köçürülür? - Foto
04 May 2022 Bakıda Nəbatat Bağında ağaclar kəsilir? - VİDEO
26 Aprel 2022 Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU
05 Aprel 2022 Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
26 Yanvar 2022 DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
02 Dekabr 2021 Elmar Məmmədyarov üzə çıxdı - FOTO
30 Noyabr 2021 AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb
15 Noyabr 2021 Bakıda xəstəxanada hamilə öldü: Yaxınları tanınmış ginekoloqu döydü
12 Noyabr 2021 Baş həkim 23 min mənimsəyibmiş
01 Noyabr 2021 Bu xəstəxanada həkim qəbulu üçün tualetdən keçməlisən - Video
19 Oktyabr 2021 Azərbaycanda ŞOK hadisə: 11 il müəllim işləyən qadın "patı" çəkirmiş - VİDEO
06 Oktyabr 2021 Meşəbəyi meşənin ağaclarını kəsdi: Cinayət işi açıldı
01 Sentyabr 2021 Mehdiabad qəbiristanlığında ölülərə hörmətsizliyi kim edir? - VİDEO

Xəbər lenti