Baş həkim 23 min mənimsəyibmiş



Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

Baş Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, istintaqla Natiq Şükürovun qeyd olunan vəzifədə işləməklə Həkim-Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2018-2019-cu illərdə əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmiş 15 şəxsi sözügedən Komissiyada müayinədən keçirməyib.

Amma onların təqaüd ala bilmələri üçün əsas olan xəstəlik barədə qəsdən təhrif edilmiş məlumatları özündə əks etdirən elektron göndərişləri qanunsuz olaraq özündə saxladığı elektron imzalar vasitəsilə təsdiq edib. 

Göndərişləri aidiyyəti qurumlara göndərərək həmin şəxslərə əlillik dərəcələrinin təyin edilməsinə və bununla da cəmi 23 min 400 manat məbləğdə pul vəsaitinin həmin şəxslərin bank kartı hesablarına köçürülməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Natiq Şükürovun törətdiyi cinayət əməllərinin ifşa olunmasından yayınmaq üçün rəhbərlik etdiyi xəstəxananın poliklinika şöbəsinin müdiri, eyni zamanda həkim-məsləhət komissiyasının üzvü olan Şəfa Şükürov ilə cinayətkar əlaqəyə girərək, müvafiq göndərişlərlə bağlı aparılan sənədləşdirmənin guya qanuni olması görüntüsü yaratmaq məqsədilə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qanunsuz olaraq həmin sənədləri xəstəxananın möhürü ilə təsdiq edib təkrarən vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Natiq Şükürova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı), Şəfa Şükürova isə həmin Məcəllənin 32.5, 313 (vəzifə saxtakarlığına köməklik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilib.

Həmçinin oxuyun: Xəstəxana rəhbəri əlilliyin təyinatındakı səhvlərinə görə işdən çıxarıldı

 

 

Bölmənin digər xəbərləri

12 Yanvar 2023 Sürücüdən ağlasığmaz addım: Sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
09 Yanvar 2023 Taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
27 Dekabr 2022 Bakıda falçı fırıldağı: “500 manat verməsən, oğlun öləcək”
08 Sentyabr 2022 Məktəb, yoxsa qadağan olunan zona? - VİDEO
29 Avqust 2022 “JEK”lər də xidmət haqlarını artırdı: Əvvəlki illərin artımı da tələb edilir
10 Avqust 2022 Masazırda zibil problemini qoyunların köməyilə “həll edirlər” - VİDEO
19 İyul 2022 Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB + FOTO
03 İyun 2022 İçki qabında xəstəyə sistem köçürülür? - Foto
04 May 2022 Bakıda Nəbatat Bağında ağaclar kəsilir? - VİDEO
26 Aprel 2022 Motosikletçini döyən "Lexus" sürücüsünün vəzifəsi MƏLUM OLDU
05 Aprel 2022 Bakının bu rayonunda binalara "paraşok"lu su verilib - ŞOK GÖRÜNTÜ - VİDEO
26 Yanvar 2022 DSMF-nin 4 aydır "öldürdüyü" yaşlı qadın: "Mənim haram ölüb?" - VİDEO
28 Dekabr 2021 Xətai rayonunda “gecəqondu” obyektlərə yer ayırmaq üçün yaşıllıqlar məhv edilir
02 Dekabr 2021 Elmar Məmmədyarov üzə çıxdı - FOTO
30 Noyabr 2021 AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb
15 Noyabr 2021 Bakıda xəstəxanada hamilə öldü: Yaxınları tanınmış ginekoloqu döydü
01 Noyabr 2021 Bu xəstəxanada həkim qəbulu üçün tualetdən keçməlisən - Video
19 Oktyabr 2021 Azərbaycanda ŞOK hadisə: 11 il müəllim işləyən qadın "patı" çəkirmiş - VİDEO
06 Oktyabr 2021 Meşəbəyi meşənin ağaclarını kəsdi: Cinayət işi açıldı
01 Sentyabr 2021 Mehdiabad qəbiristanlığında ölülərə hörmətsizliyi kim edir? - VİDEO

Xəbər lenti