Mağazalarda təhlükəli dondurmalar var, DİQQƏT!

Havaların istiləşməsi və gündən-günə yaxınlaşan dondurma mövsümü hətta dondurma sevməyənləri də arada bu təamdan dadmağa sövq edir. Amma son zamanlar sosial şəbəkələrdə dondurmadan yaranan mədə-bağırsaq nasazlıqları ilə bağlı şikayətlər də çoxalıb. Əksər istehlakçı dondurma yedikdən sonra mədə pozuntularının olduğunu deyir. 

 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövsümqabağı bu kimi ehtimalların qaçılmaz olduğunu vurğulayıb:

“Çünki qışda soyuducularda saxlanmış dondurmalar yayda yenidən satışa buraxılır. Əsasən də xaricdən ölkəmizə gətirilən və keçən il satışı reallaşdırılmayan məhsullar bu il yenidən dövriyyəyə daxil edilir. Bu barədə Azad İstehlakçılar Birliyinə də xeyli müraciətlər daxil olur. Qarşısını almaq isə mümkün olmur”.

Ekspert dondurmanın saxlanma müddəti ilə bağlı yaranan suallara da aydınlıq gətirib: 

“Dondurmaları mənfi 20 dərəcədən aşağı temperaturda, anbarda altı ay müddətində saxlamaq olar. Amma bu altı ayın doğruluğu faktını təsdiq etmək lazımdır. Tutaq ki, dondurmanın üzərindəki müddət altı ayın bitmədiyini bildirir, amma laboratoriyaya nümunə verdikdə aydın olur ki, bu altı ay çoxdan bitib”.

Dondurmanın Azərbaycan bazarının ən çirklənmiş seqmenti olduğunu bildirən ekspert ölkədə cəmi bir dondurma istehsalçısının təhlükəsizlik nişanı olduğunu söyləyib:

“Ölkəmizdə 20-dən çox dondurma istehsalçısı var. 2011-ci ildə USAID-in Azad İstehlakçılar Birliyi ilə apardığı birgə layihə çərçivəsində yalnız bir dondurma istehsalçısına Qida Təhlükəsizliyi Nişanı təqdim etmişik. Qalanları bu standarta oturmur”. 

Ekspert açıqlamasında dondurmanın yağı ilə bağlı süni qazanc əldə etməyə çalışan bəzi işbazlar haqqında da danışıb:

“Dondurma bazarımızda kərə yağı əvəzinə bitki yağının qarışdırılması problemi də var ki, bu kimi hallar da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həll edilməlidir. Həmçinin dondurmanın xaricdən gətirildikdən sonra əridilərək yenidən bərkidilməsi, yəni təkrar emal problemi hələ də ölkə bazarında qalır”.

Bölmənin digər xəbərləri

06 Sentyabr 2022 Xanbulan gölünə giriş niyə ödənişlidir?
19 Avqust 2022 Bakı çimərliyində acınacaqlı vəziyyət: Kanalizasiya suları dənizə axıdılır - VİDEO
26 İyul 2022 AQTA Qurban bayramı ilə əlaqədar əhaliyə çağırış edib
13 İyul 2022 Bakıda Kamil, İstanbulda Nüsrət... - Bir milyard manatlıq cinayət
05 İyul 2022 Marketlərdə şəkər tozu qıtlığı: Qiymət artımına hazırlıq gedir? - VİDEO
30 İyun 2022 "Sherlocks" restoranı da sökülüb
17 İyun 2022 Bakıda ağacları kəsdilər, narkoman yuvası üzə çıxdı - YENİLƏNİB + FOTO/VİDEO
17 May 2022 Bakıda 90 yaşlı bina uçmaq təhlükəsi ilə üzləşib, sakinlər evlərini tərk edib - VİDEO
18 Aprel 2022 Sanki meşə yox, zibil poliqonudur - VİDEO
13 Aprel 2022 Qış parkının “iflic” pilləkənləri: Onlar bizi hara aparır? - VİDEO
11 Aprel 2022 Azərbaycanda təbiətə 200 min manatlıq ziyan vuruldu
05 Aprel 2022 Ərazi hasarlanıb, yol bağlanıb - 10 ildən çoxdur tikinti aparılmır - VİDEO
04 Aprel 2022 Sürücülər Bakıya girişdə toz-dumanla qarşılaşdı - Video
04 Aprel 2022 Sumqayıtda zibil poliqonu yanır - Nazirlikdən AÇIQLAMA + VİDEO
04 Aprel 2022 Xırdalanda külək məktəbin damını uçurdu - Video
28 Mart 2022 "Azəriqaz” Xankəndindəki ermənilərə təbii qazı Bakıdan ötürəcək, yoxsa?.. - RƏSMİ CAVAB
16 Mart 2022 Yanan “Diqlas”ın yeri niyə hələ də boşdur?
11 Mart 2022 "Araz"da ucuz, müəmmalı, ziyanlı kolbasa: - "Bu, ət deyil..."
11 Mart 2022 Qubada icra başçısı vətəndaşı TƏHQİR EDİR... - NARAZILIQ VAR!
10 Mart 2022 Xanım Sevər xanım sən özünü biyabır etmə mənim...

Xəbər lenti