Qış parkının “iflic” pilləkənləri: Onlar bizi hara aparır? - VİDEO




Şəhərin mərkəzində yəqin ki, işləməyən eskalatorları çox yerdə görmüsünüz. Bu problem modern Bakımızın üz qarasıdır desək, yanılmarıq. Axı niyə günü-gündən texnologiyanın inkişaf etdiyi dövrdə belə bəsit problemləri aradan qaldırmırlar? İnsanlar nə qədər şikayət etsin ki, bu problem bir dəfəlik yoxa çıxsın?

 

Bu məsələ ilə bağlı Lent.az-ın redaksiyasına vaxtaşırı şikayətlər daxil olur. Sonuncu şikayəti yerində yoxlamaq üçün çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən Qış parkına yollandı. Piyadaların təhlükəsizliyini təmin edən yeraltı keçidə bir baş çəkək dedik. Təəssüf ki, hərəkətli pilləkənlərin halını pərişan gördük. Rastlaşdığımız mənzərə bizi heç məmnun etmədi. Mənzərə belədir: iflic eskalatorlar, rütubətdən qopub düşmüş kafellər, yazılı divarlar, zir-zibil dolmuş keçid və s.

Özü də hava şəraitindən asılı olaraq, işləməyən pilləkənlər bizdən başqa heç kimi maraqlandırmır deyəsən. Hətta içəridə yuxarı qalxmaq üçün lift də qoyulmuşdu. Əfsuslar olsun ki, bu liftlər də işlək vəziyyətdə deyildi. Birinin üstündə düymələri yox idi, biri isə ümumiyyətlə işləmirdi. Bax, bu da başqa bir problemdir.

Əsas da bu problemdən ən çox təsirlənən müəyyən təbəqə var - yaşlı nəslin nümayəndələri, əliuşaqlı valideynlər, sağlamlığında müvəqqəti məhdudiyyət olan və fiziki qüsurlu insanlar. Bunları bir düşünün, gözünüzün önündə canlandırın. Nə lift işləmir, nə də pilləkənlərin yanında əlillər və körpələrin arabaları üçün sürüşkən hissə. Pilləkənin özü də işləməməkdə israrlıdır. Bəs onlar yolu keçmək və istədikləri tərəfə getmək üçün nə etsinlər?

Ətraflı süjetdə:

Bölmənin digər xəbərləri

24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video
04 Yanvar 2023 Ucarın acınacaqlı vəziyyətdə olan yolları - FOTO
28 Dekabr 2022 Şəhərin mərkəzində yaşayan həyatları "cəhənnəmə" çevrilən sakinlər - FOTO/VİDEO
27 Dekabr 2022 Yemi özündən baha başa gələn hind quşları - VİDEO
06 Sentyabr 2022 Xanbulan gölünə giriş niyə ödənişlidir?
19 Avqust 2022 Bakı çimərliyində acınacaqlı vəziyyət: Kanalizasiya suları dənizə axıdılır - VİDEO
26 İyul 2022 AQTA Qurban bayramı ilə əlaqədar əhaliyə çağırış edib
13 İyul 2022 Bakıda Kamil, İstanbulda Nüsrət... - Bir milyard manatlıq cinayət
05 İyul 2022 Marketlərdə şəkər tozu qıtlığı: Qiymət artımına hazırlıq gedir? - VİDEO
30 İyun 2022 "Sherlocks" restoranı da sökülüb
17 İyun 2022 Bakıda ağacları kəsdilər, narkoman yuvası üzə çıxdı - YENİLƏNİB + FOTO/VİDEO
17 May 2022 Bakıda 90 yaşlı bina uçmaq təhlükəsi ilə üzləşib, sakinlər evlərini tərk edib - VİDEO
12 May 2022 Mağazalarda təhlükəli dondurmalar var, DİQQƏT!

Xəbər lenti