Bu xəstəxanada həkim qəbulu üçün tualetdən keçməlisən - Video


Bu xəstəxanada həkim qəbulu üçün tualetdən keçməlisən
 

 

Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim otağının girişində sanitar qovşağının olması ilə bağlı görüntü yayılıb.

 

Yayılan görüntülərdə həkim qəbuluna gələn xəstələrin dəhlizdə olan sanitar qovşağında gözlədiyi görünür.

Yayılan görüntülərlə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülağa Əzizov “Qafqazinfo”ya bildirib ki, koronavirus xəstələri müayinə üçün yoluxucu şöbəyə göndərilir: “Yoluxucu xəstəliklər şöbəsi isə “box” sistemi üzrə qurulub. Yəni, hər palatanın həyətə çıxış qapısı var. Və bu çıxış qapısına gedən yol sanitar qovşaqdan keçir. Məhz başqa şəxslərlə təmas olmaması üçün xəstə həmin qapıdan qəbul edilir, müayinə olunur və yaxma götürülür.

Nəzərinizə çatdıraq ki, həmin sanitar qovşaq hazırda fəaliyyət göstərmir, işlək vəziyyətdə deyil”.

Rasim Məmmədli

 

 
 
 

Xəbər lenti