Yemi özündən baha başa gələn hind quşları - VİDEO








Ağstafanın Muğanlı kəndi ən çox hind toyuğu saxlanılan kənddir.

 

 

Burada demək olar ki, hər evdə onlarla hind quşu bəslənilir.

Yeni il ərəfəsində bu ev quşlarının qiymətində artım müşahidə olunur. Lakin, Muğanlıdan olan təsərrüfat sahibləri bu bahalaşmanın belə onların çəkdiyi əziyyətə dəymədiyini bildirirlər.

“Hind toyuğunun yemi baha, alıcısı isə azdır. Yemi özündən baha başa gəlir”, - deyə kənd sakini qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xəbər lenti