HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?



 

Bu yaxınlarda «Yeni kirpi» TV sayıtında «Hökməli dairəsində biabırçılıq» başlıqlı məqalə verilmişdi. Yazıda Abşeron rayonu, Hökməli qəsəbəsinin girişindəki dairədə, eləcə də Hökməli-Qobu yolunun kənarında qanunsuz ət kəsimi və satışı barədə söz açılır və göstərilirdi ki, bu işlər ciddi anti-sanitariya şəraitində həyata keçirilir. Nəticədə də həmin ərazilərdə ağır yoluxucu xəstəliklərin yayılmasına  zəmin yaradılır. Üstəlik sözügedən obyektin  fəaliyyti piyadaların və avtonəqliyyat vasitələrinin hərəkətinə də ciddi maneələr törədir.

Qeyd edək ki, haqqında bəhs etdiyimiz məqaləni araşdırılıb tədbir  görülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladıq. Gözləmək olardı ki, adıçəkilən dövlət qurumları  tezliklə həmin ərazidəki vəziyyətə müdaxilə edəcək və orada yaşanan biabırçılığa son qoyulacaq. Ancaq təəssüf ki, hər şey əksinə oldu. Yəni, ərazidəki  qanunsuz obyektlər nəinki yığışdırıldı, əksinə orada boş qalan kiçik əraziyə daha bir neçə «obyekt» pərçim edildi toyuq satışı məntəqəsi, meyvə-tərəvəz satışı məntəqəsi və s.

Onu da xatırladaq ki, həmin ərazi əvvəllər avtobus dayanacağı kimi fəaliyyət göstərib. Ancaq «işbazlar» oranı zəbt etdikdən sonra nəqliyyatın hərəkəti ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Belə ki, boş yer olmadığından sürücülər sərnişinləri mindirib-düşürmək üçün avtobusları düz yolun ortasında, yəni avtomobillərin hərəkət zolağında saxlamalı olurlar. Bu da tıxaca və nəticədə ciddi narahatçılığa səbəb olur.

Qida Təhlükəsizliyi Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, əraziyə nəzarət etməli olan Polis Bölməsinin hansı maraqlar naminə bu cür biabırçılığa göz yummaları isə ciddi suallar doğurur. Hesab edirik ki, bu acınacaqlı  vəziyyət uzun müddət davam edə bilməz. Yəqin ki, Hökməli dairəsində yaşanan biabırçılığa tezliklə son qoymağa  gücü çatan gözütox bir səlahiyyət sahibi tapılar.

“AQTA”nın sədri Qoşqar Təhməzli



 




Abşeron rayon icra hakimiyyəti başçısı







«Yeni Kirpi» TV.

 

 

 

 

Bölmənin digər xəbərləri

09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
01 İyul 2022 Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO
27 Aprel 2022 Kilosu 50-80 manata satılan meyvələr - VİDEO
27 Aprel 2022 Küçə, yoxsa zibil poliqonu? – VİDEO
26 Aprel 2022 Özəl klinikalarda əl yandıran "özəl qiymətlər" - VİDEO
25 Aprel 2022 Bakıda yerləşən məşhur “fast food” restoranında istifadəyə yararsız məhsullar aşkarlanıb
19 Aprel 2022 Bomjların məkanına çevrilən kinoteatr binası - FOTOREPORTAJ
19 Aprel 2022 Bakının ən böyük xəstəxanalarından biri xəstəlik yuvasına dönüb - FOTO

Xəbər lenti