Qapısı ölümə açılan evlər: Neft kəmərinin üstündə mülk tikilir? - FOTO/VİDEO



Sabunçu rayonunda yerləşən mədən ərazilərində, neft kəmərlərinin mühafizə zonasında yaşayış evlərinin tikilməsi geniş vüsət alıb.

 

Oxu.Az-ın məlumatına görə, xüsusilə, Elşən Mehdiyev küçəsində vəziyyət daha acınacaqlıdır. Burada əksər evlərin qapısı birbaşa boru xəttinə açılır. Sakinlər evlərinə getmək üçün kəmərlərin üstündən özlərinin saldıqları “körpülərdən” keçməli olur.

Halbuki, qanunla həm vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, həm də neft sənayesinin normal fəaliyyətinin təşkili məqsədilə boru xətlərindən 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır. Lakin Elşən Mehdiyev küçəsində nəinki 50 metrlik mühafizə zonası pozulub, hətta bəzi nöqtələrdə boru xətti insanların həyətyanı sahəsindən keçir. 

Bu cür evlərdən biri də Ağayeva Rahilə Hidayət qızına məxsusdur. Təsəvvür edin, diametri 700 mm olan Böyükşor-Sumqayıt yeraltı neft kəməri onun həyətinin düz ortasından keçir. Bu da boru xəttinə nəzarəti, zəruri hallarda texniki xidmətin göstərilməsini xeyli çətinləşdirir. Uzun illərdir təhlükə ilə üz-üzə yaşayan Rahilə Ağayeva bütün bu risklərə baxmayaraq, qanunsuz zəbt edib hasarladığı həyətində ikinci ev tikdirir.

Hazırda sözügedən ərazidə elə bir qəribə vəziyyət yaranıb ki, strateji neft kəmərində hər hansı təmir işləri aparmaq və ya sadəcə xəttə baxış keçirmək yalnız ev sahibindən icazə aldıqdan sonra mümkün olur. Bu isə neft kəmərinin mühafizəsini, hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsini xeyli məhdudlaşdırır.

Bütün bunlardan daha vacib məsələ isə odur ki, neft sızması nəticəsində partlayışlar baş verə bilər, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün ciddi təhlükə yaradır. İndiyə kimi baş vermiş bu cür qəzalar zamanı vətəndaşların mülklərinə xeyli ziyan dəyib. 

 

Bölmənin digər xəbərləri

29 Mart 2023 “Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
29 Mart 2023 Bakıda əyləncə parkında dağılan fontan təhlükə saçır - VİDEO
07 Mart 2023 "İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi
24 Fevral 2023 “Neolit”in rəhbəri ağacları qanunsuz kəsdirib
06 Yanvar 2023 Vasif Talıbovun topdağıtmaz holdinqi: İnhisarçı şirkətlər nə ilə məşğuldurlar?
09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
25 İyul 2022 HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?
01 İyul 2022 Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO

Xəbər lenti