Tusi klinikasında ölüm - Həkim səhvi



N.Tusi adına klinikada əməliyyat olunun xəstə vəfat edib.

 

Yeniikirpi.az-n məlumatına görə Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Heydər Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O, elə əməliyyat masasında dünyasını dəyişib.

Xəstə yaxınları iddia edir ki, bədbəxt hadisə kardioloq Samir Abbasovun səhvi ucbatından baş verib. Bildirilir, o xəstənin vəziyyətini düzgün qiymətləndirməyib və eyni vaxtda 6 stend qoymaqla onun həyatına qəsd edib:

“Heydər Cəfərxanov şəkər xəstəsi idi. Ümumi yoxlanışa gedib. Həkim koronar angioqrafiya (anju) edib, sonra da dərhal əməliyyata aparıb. Onun heç yaxınları ilə məsləhətləşməyə də imkan verilməyib. Sadəcə lazım olan 8 min pul alınıb və əməliyyata salınıb. Mütəxəssislər bildirir ki, belə bir xəstəyə eyni vaxtda 6 stend qoymaq olmazdı”.

Xəstə yaxınları hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediblər, faktla bağlı cinayət işi başlanılıb.

Məsələ ilə bağlı həkim Samir Abbasovl açılamasında bu iddiaların əsasız olduğunu deyib. Onun sözlərinə görə, əməliyyat tam uğurla aparılıb və bu proses diskə yazılıb:

“Xəstə 5-ci gün müraciət edib və anju olunub. Onun bütün damarlarında demək olar ki, tutulma var idi. İlk olaraq xəstəyə açıq ürək əməliyyatı məsləhət görüldü və bundan qəti imtina etdi. Daha sonra üstü açılıb ki, üç ay bundan qabaq hansısa bir mərkəzdə yenə anju olunub və yenə əməliyyat təklif ediblər. Amma xəstə qəti imtina edib. Xəstə bizə gələndə yoldaşına əməliyyatla bağlı məlumat verdik. O da həyat yoldaşı ilə danışdı, amma yenə də açıq ürək əməliyyatına razı olmadı. Gördüyümüz işlərin hamısı diskə yazılıb. Yəni stend qoyulan andan bitənə qədər diskə yazılır və disk də müvafiq orqanlara təqdim olunub”.

Həkim bildirib ki, stendlərin sayının çox olması müzakirə mövzusu deyil:

“Praktikada 8-10 stend qoyulması var, hətta Almaniyada 11 dənə də stend qoymuşam. Burada da vəziyyət belədir ki, birinci açıq ürək əməliyyatı olmalıdır, əgər olmasa, stend qoyulmalıdır. Həmin xəstənin də bütün damarlarında tutulma olub. Biz uğurlu əməliyyat edib damarları normallaşdırdıq, sadəcə olaraq müasir təbabətdə də 100 xəstədən 8-də tomblaşma əmələ gəlir ki, bu dəqiqə dünyanın bəlası budur. Yer kürəsində ölənlərin tam 50%-i ürək-damar xəstəliyindən ölür. Yenidən qeyd edim ki, biz hər şeyi xəstənin yaxınlara izah etdik, hətta xəstə açıq ürək əməliyyatından imtina etdiyi üçün stent qoyulmasına görə razılığını alıb imza da çəkdirmişik.

Qeyd edim ki, ürəyin özü də çox zəif idi”.

Bölmənin digər xəbərləri

29 Mart 2023 “Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
29 Mart 2023 Bakıda əyləncə parkında dağılan fontan təhlükə saçır - VİDEO
07 Mart 2023 "İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi
24 Fevral 2023 “Neolit”in rəhbəri ağacları qanunsuz kəsdirib
06 Yanvar 2023 Vasif Talıbovun topdağıtmaz holdinqi: İnhisarçı şirkətlər nə ilə məşğuldurlar?
09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
25 İyul 2022 HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?
01 İyul 2022 Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO

Xəbər lenti