Ucar rayon Meliorasiya İdarəsinin müdiri vətəndaşı ölümlə hədələdi





Ucar rayonu Heydər Əliyev prospekti ev 136 ünvanında yaşayan 
Raqif Şirinov AsiyaTV-yə müraciət edərək Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun sifarişi ilə təhqir edildiyini, hətta ölümlə hədələndiyini bildirib.

Şikayətçinin sözlərinə görə Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra onu ölümlə hədələtdirir və nalayiq söyüşlərlə təhqir etdirir.

Şikayətçi bildirir ki, “Həsən Qasımovun barəsində video və fotofaktlarla şikayət etdikdən sonra 29 may 2021-ci il tarixdə onun kürəkəni "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu (055) 301-66-06 nömrəli telefonu ilə mənə dəfələrlə zəng edib məni ölümlə hədələdi və nalayiq şəkildə söyüb təhqqir etdi.

Mən bu barədə 102 xidmətinə zəng edib məlumat verdikdən sonra Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabit əməkdaşı mənim izahatımı aldı.Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi. Zaur Səlimov məni və polis zabitini nalayiq söyüşlərlə təhqir etdi.

Həmçinin Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun oğlu Ucar Melioraservizdə mühəndis işləyən Nicat Qasımov da mənə dəfələrlə zəng edib ölümlə hədələyib nalayiq söyüşlərlə təhqqir etdi.
Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov və onun harınlamış ailə üzvüləri dövlət qanunlarını saya salmırlar.Çünki onlar dövlətin ayrdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan edib cəzasız qaldıqları üçün azğınlaşıblar.
Mən 25 may 2021-ci il tarixdə video faktlarla Həsən Qasımovun korrupsiya əməllərini ifşa etdim.

Belə ki, 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə almışam.Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır.Videoda görünən yonca otu idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır.Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur.O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib.Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib yonca əkmişdir.

Bu korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir.Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır.

Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur.Şirə kanalları lildən, kol-kosdan, qamışdan təmizlənmir deyə rayon torpaqları dahada şoranlaşıb məhv olur.Bütün işlər sənədlər üzərində saxtalaşdırılmaqla aparılır.

Mən hüquq mühafizə orqanlarından xahiş edirəm şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan məni ölümlə hədələyən və nalayiq sözlərlə söyüb təhqqir edən Həsən Qasımovun, onun ailə üzvüləri oğlu Nicat Qasımovun və kürəkəni Səlimov Zaur Qurban oğlunun barəsində tədbirlər görülməsinə tapşırıq verəsiniz. Qeyd edim ki, adı çəkilən hər üç nəfər vəzifəli şəxslərdir.
Qarşı tərəfin də söz haqqını tanıyırıq.




Asiya.az

Bölmənin digər xəbərləri

29 Mart 2023 “Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
29 Mart 2023 Bakıda əyləncə parkında dağılan fontan təhlükə saçır - VİDEO
07 Mart 2023 "İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi
24 Fevral 2023 “Neolit”in rəhbəri ağacları qanunsuz kəsdirib
06 Yanvar 2023 Vasif Talıbovun topdağıtmaz holdinqi: İnhisarçı şirkətlər nə ilə məşğuldurlar?
09 Sentyabr 2022 75 il əvvəl tikilən və heç vaxt təmir olunmayan təhsil ocağının acınacaqlı durumu - VİDEO
07 Sentyabr 2022 Nazir: “Bəzi müəllimlər anbar sözünü “ambar” kimi yazırlar”
09 Avqust 2022 Müştərinin pulunu alıb, “girov saxlayan” “Oberlux Nabran” hotelindən AÇIQLAMA: “Şikayətçidirlər, lap yaxşı”
27 İyul 2022 “Qobu Park-1”də qalaq-qalaq yığılan tullantılar niyə təmizlənmir? - FOTO/VİDEO
26 İyul 2022 Bakıdakı yaşıllıq ərazidə ağaclar kəsilir, zibillər qalaqlanır - FOTOREPORTAJ
25 İyul 2022 HÖKMƏLI DAIRSƏINDƏKI BIABIRÇILIĞA SON QOYAN TAPILACAQMI?
01 İyul 2022 Bakının bu qəsəbəsini ağcaqanadlar basıb - Video
22 İyun 2022 Xəzərin sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO
16 İyun 2022 Bakıda ağacları kəsərək doğrayıb aparırlar - VİDEO
02 İyun 2022 Bakıda uşaqların döyüldüyü sığınacağın adı məlum oldu
27 May 2022 Ucarda avtovağzalı ləğv edib, yerində market açırlar - FOTO
23 May 2022 HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…
11 May 2022 Xəzər sahilindən tonlarla qumun daşınmasının görüntüləri - VİDEO
10 May 2022 Bakıda sakinlərin yaratdığı İYRƏNC MƏNZƏRƏ - VİDEO
29 Aprel 2022 Bakıda məşhur xəstəxanada İYRƏNC MƏNZƏRƏ - FOTO

Xəbər lenti