|
![]() |
![]() |
![]() |
“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Ötən gün Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Vitali Milonov Türkiyəyə qarşı fikir səsləndirib.
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Landau School” özəl məktəbinin həyətində mühafizəçi və valideyn arasında insident baş verib.
Ötən gecə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sayt rəhbəri Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Abşeron rayonu Məhəmmədi qəsəbəsində bəzi sakinlər uzun müddətdir ki, üzlüyü olmayan binalarda yaşayırlar. Binaların penoplast örtüklü fasadları yanğın təhlükəsinə görə sökülsə də, təmir olunmur. Sakinlər deyirlər ki, yağış yağan kimi evləri nəm olur. Bu da əziyyətlə təmir etdikləri mənzilləri pis vəziyyətə salır.
BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsinin bir qrup sakini yaşadıqları binalarda sökülən fasadların bərpa edilməməsindən şikayətçidirlər. Onların sözlərinə görə, binaların penoplast örtüklü fasadları yanğın təhlükəsinə görə sökülsə də, təmir olunmur.
Ərazidə söküntü işləri 2017-ci ildə aparılsa da binalar hələ də yeni üzlüklərə həsrət qalıb.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən XəzərXəbər-ə bildirildi ki, həmin binalar məhəmmədi MTK tərəfindən tikilib. Fasadlar da özəl şirkət tərəfindən yenisi ilə əvəz olunmalıdır. Məhəmmədi MTK ilə əlaqə saxlamağa çalışsaq da məlum oldu ki, tikinti şirkəti artıq fəaliyyət göstərmir. Bu səbəbdən də işlər yarımçıq dayandırılıb.
Sözügedən problemlə bağlı Abşeron rayonu Məhəmmədi qəsəbəsi yeni binalar Mənzil Komunnal Xidmətlər İdarəsinin mövqeyini də öyrəndik. İdarənin rəisi Afət Yusifova bildirdi ki, idarə ərazidə özəl şəkildə ancaq komunnal xidmətlər göstərir. Onun sözlərinə görə, binaların üzlüklərinin təmir olunması üçün böyük maliyyə vəsaiti tələb olunur ki, bu da onların imkanları daxilində deyil.
Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü. Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.
Bakı Dövlət Universitetində rektor müşavirini və komendantı bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bir müddət öncə azyaşlı qızı ilə işlədiyi ərazini süpürərkən “Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov tərəfindən şəkli çəkilən və həmin foto ilə ictimaiyyətin diqqətini çəkərək sosial şəbəkələrdə və mediada müzakirə mövzusu olan Şövkət Əliyeva işdən çıxarıldığını bildirir.