“Eşşək” ləqəbli deputatın oğlu da koronavirusa yoluxdu?..-FOTO

“Çiçəklənən Ermənistan” partiyasının lideri, bu yaxınlarda barəsində cinayət işi açılmış oliqarx deputat Qaqik Sarukyanın oğlu Niver Sarukyan dindirilmək üçün istintaq orqanına çağırıldığı zaman “COVİD-19” infeksiyasına yoluxduğu bəlli olub.

Işğalçı ölkə saytlarının yaydığı məlumata görə, “eşşək” ləqəbi ilə tanınan deputatın oğlu İrəvandakı «Partez” restoranında baş verən atışma nəticəsində həyatını itirmiş 21 yaşlı Jivan Arutyunyanın öldürülməsi hadisəsində şahid kimi dindirilməli olub. Lakin vəkili istintaqa N.Sarukyanın səhhətində problem olduğunu, onda koronavirus aşkarlandığını və sorğu-sualda iştirak edə bilməyəcəyini bildirib.

Xatırladaq ki, bu yaxınlarda Q.Sarukyanın deputat toxunulmazlığı ləğv edilib və barəsində cinayət işi açılıb. O, seçiciləri rüşvətlə ələ almaqda, vergidən yayınmaqda, mənimsəmədə ittiham olunur. Partiya lideri isə bunu siyasi sifariş adlandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir