İpoteka müqaviləsinin təsdiqi 150 manata qaldırılır



İpoteka müqaviləsinin təsdiqi 150 manata qaldırılır

 

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu artırılır.

 

 Bu barədə dəyişiklik “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapıb. Belə ki, bununla bağlı rüsum Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır.

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Bakı şəhərində - 55 manatdan 60 manata qaldırılır.

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Digər şəhər və rayonlarda – 22 manatdan 25 manata qaldırılması təklif edilir.

Xəbər lenti