Dərmanların qeydiyyatı üçün rüsum 50 faiz artırılır


Dərmanların qeydiyyatı üçün rüsum 50 faiz artırılır

 

Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına, gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrinin artırılması təklif edilir.

 

 Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına görə rüsum 100 manatdan 150 manata qaldırılır. 

Həmçinin dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatına görə 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə rüsum 50 manat olacaq. 

Gigiyenik sertifikatın verilməsinə görə isə rüsum 15 manatdan 25 manata qaldırılır. 

Xəbər lenti