Ədalətsizliyə son qoyulması ümidiylə...






Çox hörmətli cənab Prezident və hörmətli həmkarlar.

İndi sizə bir daha aydın olsun ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi özünün 8 saylı mərkəzləşdirilmiş Ərazi Maliyyə İdarəsinin rəisi Fəraid Qəhrəmanovun mənim barəmdə, yəni Gəncə şəhər 30 saylı orta məktəbin sabiq direktoru Həsənov İlham Musa oğlu haqqında yazmış olduğu müsbət rəydən sonra mənim müqaviləmə xitam verilməsi ancaq qərəzli formada olmuşdur. Bu qədər titulları olan, dövlətə və dövlətçiliyə xidmət edən işdən çıxarılır, lakin Gəncə şəhərində saxlanılan 5 nömrəli məktəbin direktoru Bəhram İmranov və respublikanın digər şəhər və rayonlarında 75-80 yaşlı məktəb direktorlarının müqavilə bağlanaraq işdə saxlanılmasına nə ad vermək olar? Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyində kadr siyasəti olduqca bərbad vəziyyətdədir. Bu işdə İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov və Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyevin özbaşınalıqları bütün ölkəni başına alıb tuğyan edir. 
Cənab Prezident. Mən qocaman bir təhsil işçisi kimi, bütün təhsil işçiləri adından, mənim vəziyyətimə düşən məktəb direktorları adından xüsusilə, Gəncə şəhər ziyalıları adından sizə müraciət edərək bildirirəm ki, bu biabırçılıqlara tezliklə son qoyulsun. 
Sorosa xidmət edən, hansısa yolla əsgəri xidmətdən yayınan, əslində heç bir vətənpərvərlik hissi olmayan, ixtisasca mühasib olan bank işçisi, ADAU- məzunu Anar Qədiməliyevdən Gəncə şəhər Təhsil idarəsinin müdiri ola bilməz. 
Bir ölkə başçısı kimi, bir Heydər Əliyevin oğlu kimi sizdən xahiş edirəm ki, bu ədalətsizliyə barışmaz mövqe tutub həmin adamların cəzalandırılması yolunda təcili və təsirli tədbirlər görülməsi üçün öz tərəfinizdən xüsusi göstəriş verəcəksiniz. 
Öncədən sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. 


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

________   8 SAYLI ƏRAZİ MALİYYƏ HESABLAŞMA MƏRKƏZİ_____   

AZ 2010, Azerbaycan Respublikası                                                          Tel:+99422 256 09 35

Gence şeheri, Atatürk prospekti-246,                                                        E-mail: 8mhm@edu.gov.az                                                                                                     ___________________________________________________________________________

“_____”____________20 21-ci  il                                                            № ______________

 

 

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyinə

 

Hörmətli Həmkarlar!

                Vətəndaş  Həsənov  Ilham Musa  oğlunun çalışmanın yaş  həddinə  çatması  ilə əlaqədar   əmək   müqaviləsinə  xitam verilərkən dövlət  təltiflərinin, kollektivdə və cəmiyyətdə   yüksək   nüfuza  malik  olmasının,  məktəbin  keyfiyyət   göstəricilərinin     nəzərə  alınmaması  barədə  Təhsil Nazirliyinə daxil  olmuş   müraciəti  8 saylı  Ərazi  Maliyyə Hesablaşma  Mərkəzi tərəfindən  araşdırılmışdır.                                     

                Bildiririk ki, Həsənov Ilham Musa oğlu 1976-cı ildən tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1995-ci ildən  YAP-nın  üzvüdür.

               Həsənov  Ilham  Musa oğlu  1981-ci ilin  sentyabr  ayından  həmin ilin  dekabr  ayına  kimi məktəbdə  direktor  müavini, 1981-1992-ci illərdə Gəncə şəhər Nizami            rayon Təhsil Şöbəsində  inspektor  vəzifəsində  işləmişdir.

               1992-1997-ci  illərdə  Gəncə şəhər  31  nömrəli  tam orta  məktəbdə  direktor,        1997-2011-ci illərdə həmin məktəbdə müəllim işləmişdir.

              2011-ci ildən 2020-ci ilin dekabr ayına qədər Gəncə şəhər 30 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmişdir. 2011-ci ildə 30 nömrəli tam orta məktəbdə             19 sinif komplekti üzrə 333 nəfər şagird təhsil almışdır. Hal-hazırda isə  həmin                  məktəbdə 46 sinif komplekti üzrə 1150 nəfər şagird təhsil alır.Son 3 ildə tam orta             təhsil səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul səviyyəsi məzunların 50%-ni                              təşkil etmişdir.

              Həsənov Ilham Musa oğlu 1981-ci ildə SSRİ Ali Sovetinin qərarı ilə “Əmək igidliyinə görə" medalı ilə təltif olunmuşdur. Həmin medal 1981-ci ilin oktyab ayının            16-də İlham Həsənova Ulu Öndər Heydər Əliyev tərəfindən təqdim olunmuşdur.

             2016-cı ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə Fəxri Fərmanı" ilə təltif     olunmuşdur.

            2017-ci ildə şair kimi Prezident mükafatına layiq görülmüşdür.

            2018-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə "Əməkdar müəllim" fəxri        adı ilə təltif olunmuşdur. Həmin ildə Azərbaycan müəllimlərinin XV qurultayında   nümayəndə kimi iştirak etmişdir.

            2019-cu ildə Gəncə şəhərində fəaliyyət göstərən Rus İcması tərəfindən "Fəxri Fərman"la təltif olunmuşdur.

            Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Şəhər-Veteranlar Şurasının üzvü və "Qızıl Qələm" mükafatı            laureatıdır.

            2011-ci ildən 39 saylı DSK-nin 8 saylı MnSK-nın sədri vəzifəsində çalışır.    Fəaliyyəti dövründə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və  bu          gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli dövlətçilik  ənənələrinin qorunub saxlanılması xüsusi yer almışdır.

        

            Xahiş edirik nəzərə alasınız.

 

 

                Hörmətlə,

                8 saylı ƏMHM-nin rəisi:                                                          Fəraid Qəhrəmanov

Xəbər lenti