“Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir – NARAZILIQ…

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin işçiləri fevraldan bu yana əmək haqqı ala bilmədiklərini deyirlər.

Qurumun Sumqayıt filialının əməkdaşları deyiblər ki, 5 aydır ailələrini çox çətinliklə dolandırırlar. Onsuz da az olan əmək haqqının indi ümumiyyətlə olmadığını söyləyirlər.

“Azərxalça”nın mətbuat xidmətinin rəhbəri Tural Səfərov bir müddət öncə belə bir problemin olduğunuı təsdiqləyib. Bildirib ki, hazırda məzuniyyətdə olduğu üçün indiki durumdan xəbərsizdir:

“Ancaq araşdırıb, bu barədə açıqlama verəcəyik. İşdə olmasam da, maraqlanacağam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir